Tarix : 2015 Jun 20
Kod 46060

Iran Islam Respublikasi ABŞ-I məğlub edib

İranın voleybol üzrə yığma komandası ABŞ yığmasını qəbul edib. İran yığması Dünya Liqası çempionu adını daşıyan ABŞ yığmasını 3:0 hesabı ilə məğlub edib.

Arannews - Voleybol üzrə Dünya Liqası çempionu adını qoruyan ABŞ yığmasının Tehranda İranın voleybol üzrə yığma komandası ilə görüşü tam uğursuzluqla nəticələnib: 3:0 .

bu qarşılaşma dünya mətbuatının diqqətini cəlb edib .

Dünya Liqası 2015 oyunları çərçivəsində dünən, cümə günü Tehranın 12 min nəfərlik “Azadi” idman zalında İranın voleybol üzrə yığma komandası ABŞ yığmasını qəbul edib. İran yığması Dünya Liqası çempionu adını daşıyan ABŞ yığmasını 3:0 hesabı ilə məğlub edib .

İran yığması 1-ci seti 25:19, 2-ci seti 29:27, sonuncu seti isə 25:20 hesabı ilə başa vurub .

İran və ABŞ yığmalarının növbəti qarşılaşması bazar günü baş tutacaq .

  • Yazılıb
  • da (də) 2015 Jun 20