Tarix : 2015 Jun 21
Kod 46064

AİP liderinin karsa salınması böyük həyasızlıqdır

Bu çox böyük həyasızlıqdır ki, millətin aliminə , ümmətin aliminə , dindarların, Azərbaycan xalqının hörmət etdiyi bir şəxsə bu cür həqarət edəsən.

Arannews - Azərbaycan Respublikasının tanınmış ruhanilərindən olan Zülfüqar Mikayılzadə həbsdə olan Mövsüm Səmədovun karsa salınmasını böyük həyasızlıq adlandırıb .

Həzrəti Abbas məscidində cümə namazı xütbələrində Hacı Zülfüqar Mikayılzadə İslami cameəni narahat edən gündəm – AİP lideri Mövsüm Səmədovun karsa salınmasından danışıb: "Biz ilk növbədə Mövsüm Səmədovun karsa salınmasını məhkum edirik. Bu çox böyük həyasızlıqdır ki, millətin aliminə , ümmətin aliminə , dindarların, Azərbaycan xalqının hörmət etdiyi bir şəxsə bu cür həqarət edəsən."

  • Yazılıb
  • da (də) 2015 Jun 21