Tarix : 2015 Jun 22
Kod 46069

İran Islam Respublikasinin voleybolçuları ABŞ yığmasını qətiyyətlə məğlub etdilər

İranın voleybol üzrə yığma komandası gözəl bir oyun nümayiş etdirərək, ABŞ yığmasını məğlub edib.

Arannews - İran İslam Respublikasının voleybol üzrə yığma komandası Dünya Liqası çərçivəsində ikinci dəfə Tehranda ABŞ yığmasını qəbul edib və 3:0 hesabı ilə rəqibi üzərində qələbə çalıb .

Bazar günü axşam Tehranın 12 min nəfərlik "Azadi" idman zalında baş tutan bu görüşdə İranlı voleybolçular bir daha ABŞ yığması üzərindəki üstünlüklərini nümayiş etdiriblər .

İranın voleybol üzrə yığma komandası gözəl bir oyun nümayiş etdirərək, ABŞ yığmasını 3:0 hesabı ilə məğlub edib. Oyunun birinci seti 25:20, ikinci seti 25:21, 3-cü və sonuncu seti isə 25:19 hesabı ilə nəticələnib .

İran yığması ABŞ yığması ilə ilk qarşılaşmasında da rəqibini oxşar nəticə ilə yəni, 3:0 hesabı ilə məğlub etmişdi. Bu, ABŞ yığmasının voleybol üzrə Dünya Liqasındakı ilk məğlubiyyəti idi.

  • Yazılıb
  • da (də) 2015 Jun 22