Tarix : 2015 Jul 16
Kod 46187

səfir: İran Islam Respublikasi Azərbaycanla nüvə enerjisi üzrə əməkdaşlığa hazırdı

Möhsün Pak Ayin:" neft-qaz enerjisinin ömrü uzun deyil. Gələcəkdə dünya alternativ enerjiyə - atom enerjisinə ehtiyac duyacaq."

Arannews - "Biz hesab edirik ki, sülh məqsədi ilə nüvə enerjisini istehsal etmək bütün dünya ölkələrinin haqqıdır"

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin keçirilən mətbuat konfransında deyib. "Düşünürük ki, neft-qaz enerjisinin ömrü uzun deyil. Gələcəkdə dünya alternativ enerjiyə - atom enerjisinə ehtiyac duyacaq. Hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var", - deyə səfir qeyd edib.

Səfir İranın bu sahədə istənilən ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

  • Yazılıb
  • da (də) 2015 Jul 16