Tarix : 2015 Jul 29
Kod 46235

Azərbaycan Respublikasi Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitləri həbs edildi

Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşı həbs edilib.

Arannews - Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər .

Səbail rayon məhkəməsi onların barəsində qarşı həbs qətimkan tədbiri tətbiq edib.

Baş hərbi müfəttişliyin əməkdaşları rüşvətxorluqda ittiham edilirlər .Baş prokurorluq saxlanılan şəxslərin adını açıqlamayıb .

Həbslər barədə dövlət başçısı İlham Əliyevə məlumat verilib .

Yüksək vəzifəli şəxslərin cəlb edildiyi korrupsiya qalmaqalının araşdırılması ölkə prezidentinin şəxsi sərəncamı üzrə aparılır

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur .

O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib .

Lakin ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinin gözləntilərinin əksinə olaraq, hərbi idarənin əsas bölmələrindən birində neqativ halların qarşısı alınmayıb, əksinə, belə hallar daha da geniş miqyas alıb.

  • Yazılıb
  • da (də) 2015 Jul 29