“Müsəlman Birliyi” hərəkatının sədri, ilahiyyatçı Tale Bağırov , 2 il 4 aylıq həbsdən sonra gecə saatlarinda azadlığa buraxılıb.

AranNews- bu haqda ruhaninin yaxınları məlumat verib. Məlumata görə, çox sayda inanclının saxlanıldığı Qobustan həbsxanasına Hacı Tale Bağırovu qarşılamağa hazırlaşdığı bir vaxtda, mübariz ruhani gözlənilmədən gecə saatlarında həbsxanadan buraxılıb. O gecə saatlarında azad edilsədə, çox sayda inanclı gecə saatlarında onun evinə axışıblar. Xatırladaq ki, ilahiyyatçı T.Bağırov 2013-cü il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. T. Bağırova qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Ruhani bütün ittihamları rədd edib. Eyni zamanda bu, ilahiyyatçının ikinci həbsidir. Birinci dəfə o, 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən sayca ikinci olan "Hicaba azadlıq" aksiyasında iştirak etdiyi üçün həbs olunub və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İl yarım məhkumluq həyatı yaşayan ilahiyyatçı 2012-ci ilin noyabrında azadlığa çıxıb. Nəzərinizə çatdıraq ki, T. Bağırov 1984-cü ildə Bakıda doğulub. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-ci ildən 2010-cu ilədək İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.
Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra - Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırov daha sonra azadlığa çıxmışdı.
Həbsdə qalan islamçıların SİYAHISI
1. Mövsüm Səmədov (Ruhani) - 12 il
2. Abgül Süleymanov (Ruhani) - 11 il
3. Fəraməz Abbasov (Ruhani) - 11 il
4. Araz Quliyev (Jurnalist) - 8 il
5. Nicat Əliyev (Jurnalist) - 10 il 2 ay
6. Axundzadə Ruhulla - 11 il 6 ay
7. Məmmədrzayev Firdovsi - 10 il
8.Səmədov Dəyanət - 10 il
"Eurovision" öncəsi həbs edilənlər
9. Valeh Abdullayev - 8 il
10.Camalov Qorxmaz - 7 il
11.Hüseynov Elimxan - 7 il
12. Hüseynov Samir - 6 il
13. Tofiqli Emin - 3 il 6 ay
14. Məmmədov Səfər - 3 il 6 ay
15. Əliyev Əli - 4 il
16. Nəsirov Elvin - 9 il
İcra Hakimiyyətinin qapısını yandırmağa cəhddə ittiham olunanlar
17. Röyal Əsgərov - 4 il 6 ay
18. Bəxtiyar Qurbanov - 4 il 6 ay
Masallı dindarları
19. Ziya Tahirov - 7 il
20. Rza Ağalı - 7 il
21. Xalid Kazımov - 8 il
22. Surac Ağayev - 5 il
23. Nicat Əliyev - 4 il 6 ay
24. Namiq Kişiyev - 4 il 6 ay
5 oktyabrda keçirilən "Hicaba azadlıq" aksiyasında həbs olunanlar
25. Ağadadasov Tərlan - 5 il 6 ay
26. Davud Kərimov - 6 il,
27. Telman Şirəliyev - 6 il,
28. İlham Hətəməv - 5 il 6 ay
29. Aydın Məmmədov - 2 il 3 ay
30. Rövşən Allahverdiyev - 5 il 6 ay
31. Elşad Rzayev - 6 il