Tarix : 2015 Aug 02
Kod 46260

İran turkiyənin yalanin ifşa etdi

Türkiyənin “Haber7” xəbər saytı İranın paytaxtı Tehrandakı yeganə sünni ibadətgahının təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldığını xəbər verib.

AranNews- bu yalan xəbərdən sonra əhli sünnə müsəlmanlara aid “İslahweb.org” saytı Tehranda sünnilərin öz dini ənənələrini və mərasimlərini icra etdiyi məscidlərin adlarını və ünvanlarını təqdim edib:

1. Sadiqiyyə məscidi (Sadiqiyyə İkinci Qovşaq)
2. Tehran Pars məscidi (Dilaveran prospekti)
3. Şehri-Qüds məscidi (Qədim prospekti 20-ci kilometr)
4. Halici Fars məscidi (Feth dördyol)
5. Heftcubməscidi (Melard prospekti)
6. Vahidiyyə məscidi (Şəhriyar küçəsi)
7. Nesimşehr məscidi (Ekbarabad)
8. Radiyyabad məscidi (Şəhriyar üçyol)

İran İslam Respublikasının şəhərlərinə görə sünnülərə aid məscid sayı:

Qərbi Azərbaycan əyaləti (Urmiya bölgəsi): Sünnilərə aid məscidi sayı 1465
Buşehr: 106
Xorasan: 746
Sistan-Bəlucistan: 3546.

Bəluçistan əyalətində yaşayan sünnilərin sayı 824.395 nəfər olmasına baxmayaraq məscid sayı 3546 təşkil edir. Burada yaşayan şiə sayı isə 898.184 nəfərdir. Şiələrin məscid sayı isə yalnız 322-dir. Rəsmi rəqəmlərə görə sünnilərin sayı şiələrin sayı ilə təqribən eyni olmasına baxmayaraq, sünnilərə aid məscid sayı şiələrin məscid sayından qat-qat çoxdur.

Fars əyaləti: 212
Kürdistan əyaləti: 1768
Kerman vilayəti: - 21
Kermanşah əyaləti: 341
Gülüstan əyaləti: 1017
Gilan vilayəti: 89
Hurmuzqan vilayəti: 1032

İranda sünnülərə aid məscidlərin ümumi sayı 10344-dür.

İran İslam Respublikasında sünnilərə aid məktəblər və mədrəsələrdən başqa, İranın hər bölgəsində sünnilərə aid məscidlər var. Ölkənin daxilində 70 min məscid fəaliyyət göstərir ki, bu məscidlərdən 60 mini şiələrə 10 mini sünnilərə aiddir. 

  • Yazılıb
  • da (də) 2015 Aug 02