Tarix : 2008 May 12
Kod 4627

Qarabağın Farsdilli Şairləri

Təssüflə, Çar və Kommunizmin uzunmüddətli mədəni-siyasi planlarının nəticəsində, bu gün İrandan ayrı düşmüş xalqın əsil mahiyyəti məhv edilib.bu təsir Qarabağın şer və ədəbiyyatında da özünü göstərir
Qarabag Servisi/Aran Agentliyi
Yazıçı: Rəhim Nikbəxt
Xülasə
Qarabağ İran ərazisində ayrılmadan öncə, bu ölkənin mədəniyətində və tarixində özünə məxsus yeri var idi.Qarabağ bugün böhranı vəziyyətdədir. Qarabağın əhalisinin əksəriyyətini ermənilər təşkil edir.Çar rusiyanin və onlardan sonra Sovet İttifaqının Qafqazda antiİran və antiİslam siyasətlərinin nəticəsində ermənilər burada yerləşdirilmişdilər.bu böhranda indiki mahiyyət və çoxlu çətinliklər mövcuddur.Bu siyasətlərin nəticəsindədir ki, İranın qədim mədəniyyət və ədəbiyyat ocağı olan Qarabağda, kimsə şerlərin və mətinlərin orijinal əlifbasını(istər Fars, istər sə Azərbaycan dilində)oxuya bilməyir.Təssüflə, Çar və Kommunizmin uzunmüddətli mədəni-siyasi planlarının nəticəsində, bu gün İrandan ayrı düşmüş xalqın əsil mahiyyəti məhv edilib.bu təsir Qarabağın şer və ədəbiyyatında da özünü göstərir.
1991-ci ildə hörmətli ustadımız, Əziz Dövlətabadının “Qafqazda farsca yazan şairlər” adlı bir kitabı  nəşr olundu. Bu kitab 4 fəsldən ibarətdir.
Birinci fəsil: Aranın farsdilli şairləri:
  1. Ordubadın farsdilli şairləri 16 nəfər
  2. Bakını farsdilli şairləri   6 nəfər
  3. Bərdənin farsdilli şairləri    1 nəfər
  4. Beyləqanın farsdilli şairləri     6 nəfər
  5. Xalatın farsdilli şairləri     2 nəfər
  6. Şirvanın farsdilli şairləri     47 nəfər
  7. Qarabağın farsdilli şairləri   59 nəfər
  8. Gəncənin farsdilli şairləri     36 nəfər
  9. Naxçıvanın farsdilli şairləri    4 nəfər
İkinci fəsil: Ermənistanın farsdilli şairləri 12 nəfər
Üçüncü fəsil: Dağıstanın farsdilli şairləri 13 nəfər
Dürdüncü fəsil: Gürcüstanın farsdilli şairləri 25 nəfər1
Cənab dövlətabadı bu kitabda 227 nəfər şairin həyatını və yaradıcılığını araşdırıb.müəllif, 20-ə yaxın şairin sayını çox yazıb amma yaradıcılığı haqqında məlumat yazmayıb.1994-cü ildə cənab Yəhyaxan Məhəmməd Azərinin təşəbbüsü ilə başqa bir dəyərli kitab nəşr olunub. Bu kitabı Mirzə Sədra Müctəhidzadə Qarabağının “Rəyazülaşiqin” təzkirəsinin əsasında yazıb.
“Rəyazülaşiqin” kitabında 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərinə aid Qarabağın 79 şairinin həyatı və yaradıcılığı haqqında məlumat var.bu kitab 1905-ci ildə yazıldığına görə, daha əhəmiyyətlidir.çünki İranın mədəniyyətini və ədəbiyyatını Qarabağda görmək mümkündür.6-cu(h)əsrdən sonra (15 əsr)Azərbaycan və Aranda Azəri türkcəsinin yayılmasını müşahidə edirik.bu dilin geniş şəkildə yayımsının iki əsas səbəbi var:1.İranın hakimiyyəti 2.ürfan və sufizm.9-cu(h)əsrin(16-ci əsrin)əvvəllərində İran mədəniyyətinin təsiri altında Azərbaycan ərazisində Azərbaycan türkcəsində ilk şer yazılmışdır.Azərbaycan xalqının irani-islami mədəniyyəti dəyişmədən və ümumxalq dilin, Fars dili, kənarında Azərbaycan dili və mədəniyyəti də inkişaf etmişdir.xüsusi ilə, Səfəvilər hakimiyyəti , Qızılbaş ordusu və şiəçiliyin vasitəsilə İranda milli birlik yaranmışdır.
Iranda Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın və Aranın rəsmi məzhəbi şiə idi.Azəri türkcəsi şiəçilik ədəbiyyatı ilə sıx əlaqədar olduğuna görə, mərsiyə ədəbiyyatı yaranmışdır.eyni zamanda fars dili İranda bütün xalqlarının ortaq dili kimi faydlı hüzuru var idi.təəssüflə,  İran-Rusiya müharibələrindən sonra,  Çar Rusiyası və kommunistlərin hakimiyyəti zamanı sədaladığımız bu üç mövzu təhrif və təhqir edilmişdir. Iran və Aranın ortaq əlaqələrini daha yaxşı tanımaq üçün, “Rəyaxülaşiqin” təzkirəsinə yenidən baxmaq lazımdır. çünkü bu əsər sübut edir ki, Fars dili “mahiyyətsiz fars tayfasının !” dili deyil, bəlkə bütün İranlıların ədəbi və mədəni dili olmuşdur və Azərilər və Aranlılar bu dilin inkişafında önəmli rolları olub.
 
Qarabağın farsca yazan şairləri
1.       Ağabəyimağa- Əbülfəthxan Cavanşirin bacısı və Fətəlişahın qadınlarından biri “Məluli” təxəllüsü ilə şer yazmışdır.(səh 35)
2.       AğaHəsən Yüzbaşı – vəfatı 1323-cü (h.q) Fars və Azəri dillərində divanı var. “Rəyazülaşıqın” kitabında bu şairə aid Fars və Azəri dilində maraqlı şerləri var.(səh 37-49)
3.       Ağamir Mehdi (Xəzani) Qarabağ şairlərndəndir uşaqlar üçün dini ehkam Azəri türkcəsində hazırlamışdır(şəraitül İslam).
     4.       İbrahım bəy Həllaczadə - vəfatı 1302(h.q)-Müctəhidzadə onun iki qəzəlini və  ikibeytindən üçünü qeyd etmişdir: (səh 61)                
 
 خداوندا هرآن کو سینه دارد  
 
 فلک پیوسته با ام کینه دارد
 
خدایا با فلک کارم مینداز   
که با من کینه ی دیرینه دارد
5.       Əbülfəth xan Cavanşir(tuti)–qarabağın məşhur şairlərindən və İbrahim Xəlil xanın oğlu idi. həm Fars dilində, həm də Azəri dilində şeri var.(səh 62)
6.       Cəfərqulu xan Cavanşir–vəfatı1284(h.q).“Səfa” təxəllüsü ilə şer yazmışdır.(səh 74)
 
ماه محرم آمد و پر شد دلم ز آه
چون ابر نوبهار دلم را احاطه کرد
چندان که در فلک به ملک می نداد راه
....
آمد ندا ز هاتف غیبی که یا امین
بنگر به دشت کرب و بلا روی قتلگاه
امروز روز قتل حسین ابن مرتضی است
امروز روز ماتم مجموع انبیاء است
7.       Hacı Mirzə Əbdüllah–təxəllüsü(Türabi), Şuşa şəhərində dini dərslərin müəllimi idi.1309(h.q)ildə vəfat etmişdir.Qarabağın mərsiyə yazan şairlərindən idi.(səh 78)
8.       Xudadad bəy Həllaczadə-Əlibəy Qarabağinin oğlu idi.“Rəyazülaşiqin”in adlı kitabın müəllifi onun vəfatına görə, Fars dilində mərsiyə yazmışdır.şairin qəzəlinin mətləi belədir.(səh 87)
 
به چین زلف تو صد کاروان است
جرس آسا دلم اندر میان است
9.Zeynəlabəddin Sağəri–Şuşanın din alimlərindəndir.1271(h.q) ildə vəfat etmişdir. Fars və Azəri dillərində şerləri var:(səh 107)
عنان دل از کفم در ربود گل رویی
فرشته خوی،پری روی،عنبرین مویی
قرار نیست به دل؟ روز و شب پریشانم
ز تاب زلف سیاسی و تار گیسویی ...
10. Sədi, Ocağqulunun oğlu –1294(h.q) ildə vəfat etmişdir.(səh 114)
11.Axund Molla Abbas Cavanşir – 1286-cı(h.q)ildə Saqqız        şəhərində vəfat etmişdir.(səh 123)
12. Əbdürrəhim(Əlil)–Qarabağın məşhur alimlərindən idi.1274(h.q) ildə vəfat etmişdir. Həzrəti İmam Əlinin mədhində yazılmış qəsidənin mətləi belədir: (səh 128)
ز نور ذات خداوند قادر معبود
محمد عربی و علی وصی موجود
به حمد شکر الهی و نعمت آن محمود
ملایک رسل انبیا زبان بگشود
علی ولی خدا و خدا ولی علی است ...
   13.Əbdüllah bəy Həllaczadə - Qarabağın məşhur şairlərindəndir. 1291(h.q) ildə vəfat etmişdir.həm Azəri türkcəsində, həm də Fars dilində çoxlu şerləri var:
 
                 Abad övlad evün qəmxanə Kərbəla
                 Çün hörmət eylədün mehmanə Kərbəla
14.Əbdüllah Canizadə-1367(h.q) ildə vəfat etmişdir.improvizasiyada məşhur idi.Gövhərağa, İbrahımxan Cavanşirin qızının təsis etdiyi məscidin tarixini bu şerdə yazmışdır:(səh 163)
 
بانی مملکت شیشه که در حکمت و جاه
طعنه زد قبه تختش به سراپرده ماه
یعنی سردار فلک شوکت، ابراهیم خان
که درش بر همه خانان جهان بود پناه
گوهری داشت درخشنده و فیروز که بود
پرتو ماه رخش بر سر خورشید کلاه
بانی مسجد و محراب شد آن گوهر پاک
اهل فردوس برین جمله بر این گشت گواه
قلم اهل دعا زد رقم تاریخ اش
باد پیوسته گهر در صدف لطف الاه ...
15.Fatma xanım Kəminə, mərsiyə ədəbiyyatında çalışmışdır.(səh 178)
16.Fərrux – cavanlığında dünyasını dəyişmişdir və farsca şer yazmışdır.
 
دل به دردش آشنایی می‌كند
راحتی ازجان جدایی می کند
 
17. Qasım bəy Zakir – Qarabağın məşhur şairlərindən idi.Azəri türkcəsində qəzəlləri və yanıqlı mərsiyələri var(səh 202)
بو نه ماه دور کی حددن کئچیب اضطراب زینب
فلک اوزره ماه و مهری ائلدی کباب زینب ...
       Bu nə mahdur ki, həddən keçib iztirab-i Zeynəb
       Fələk üzrə mah ü mehri elədi,  kəbab Zeynəb ....
18.kərbalayı Qulu Yusifi – xarratlıq işinə məşqul idi.məhərrəm ayında mərsiyələr oxumuşdur və farsca və azəri türkcəsində şerləri vardır. (səh 217)
19.kərbalayı Qəhrəman - improvizasiyada məşhur idi.(səh 221)
20.Məhəmməd bəy Cavanşir-ruslar Zəngəzuru işğal edəndən sonra Ordubada sürgün edilmişdir.(səh 224)
21.Məhəmmədəli bəy Məxfi-Qarabağın məşhur şairlərindən idi. farsca və azəri türkcəsində şerləri var:(səh 234, 242, 244)
پریشان طُره طرار نگاهی راست گاهیكج

توكولموش قامته اوینار گاهی راست گاهی كج

دوشر گه راست زلفنون قامته گه كجبو عاتدور

چیخار سرو اوستونه شهمار گاهی راست گاهی كچ...

جلوه گر بگذرد آن مهرلقا از چپ و راست       
                                                           
      می کند واله و شیدا همه را از چپ و راست
      حجره الاسود خالش به رخ کعبه دوست
     هر طرف سعی کنان اهل صفا از چپ و راست ...
 
      ترا تا زلف مشک آساست گاهی راست گاهی کج
      دلم را رشته ای برپاست گاهی راست گاهی کج
      نو بدار طاقت ابرویت غرض از سجده زاهد
      به محراب از چه رو شبهاست گاهی راست گاهی کج ...
22.Mahmud bəy Vəzirov-1318-ci(h.q)ildə Məşhəd şəhərində vəfat etmişdir və fars dilində şer var.(səh 247)
23.Məşhədi Əyyub Bakı- 1326-cı(h.q)ildə vəfat etmişdir.
24.Məşhədi Hüseyn Sail- Qarabağın məşhur şairlərindən olmuşdur.həyatında bütün sərvətini Həzrəti İmam Hüseynə vəqf etmişdir və 1316(h.q)-cı ildə vəfat etmişdir. (səh 256)
25.Məşhədi Əbdül Qarabaği (Şahin)-1314-ci ildə vəfat etmiş və hər iki dildə ( Fars və Azəri) dəyərli əsərləri var.(səh 267)
26.Molla İsmayıl (Məhzun)- şair və din xadimi idi.Şuşada məktəbxanası var idi.1310-ci ildə vəfat etmişdir.(səh 276)
27.Molla Pənah Vaqif- Qarabağın böyük və dahi şairi idi.onun Ağa Məhhəmədxan Qacarla hekayəsi maraqlıdır. Hər iki Fars və Azəri dillərində məşhur əsərləri var. Aşağıdakı şer onun farsca əsərlərindəndir:(səh 304)
شنیدستم که مجنون دل آزار
چو شد از مردن لیلی خبردار
گریبان چاک زد با آه و افغان
به سوی تربت لیلی شتابان
در آنجا کودکی دید ایستاده
به هر سو دیده حسرت گشاده
نشان قبر لیلی را از او جست
چون آن کودک بخندید و بدو گفت
که ای مجنون ترا گر عقل بودی
زمن کی این تمنا می نمودی
میان قبر ها را جستجو کن
ز هر مرقد کفی از خاک بو کن
ز هر خاکی که بوی عشق برخاست
یقین کن تربت لیلی همانجاست
تو هم واقف در این دیر جگرسوز
رموز عشق از آن کودک آموز
28.Molla Xəbil Şaki Əbdali-1312-ci ildə vəfat etmiş və ən çox mərsiyə ədəbiyyatında çalışmışdır: (səh305)
Eylə müştaqi visaləm bilmirəm dünya nədür
Qəm nədür mehnət nədür başinda bu qovqa nədür...
29.Molla Əli Xəlifə- dahi şair və müəllim idi.1310-ci ildə vəfat etmişdir.(səh 310)
 
آن سرو که سربلندی عالم از اوست
فخریه مجموع بنی آدم از اوست
پشت فلک پیر همی قد هلال
پیوسته مثال ابروانش هم از اوست
 
30.Molla Məhəmməd Qazi -Şuşada məktəbxanası var idi.sonralar Cəbrayıllı və Zəngəzurda qazi(hakim) olmuşdur və 1324-cü ildə dünyasını dəyişmişdir. (səh 311)
31.Mehdiqulu xan Dağıstanı(Vəfa)- öz dövrünün məşhur farsca yazan şairlərdən idi: (səh 321)
 
...کی باشد آنکه بخت سیه باز من شود
   تا توتیای دیده کنم خاک کربلا
 یارب مباد آنکه کنم خاک کربلا
 دست وفا ز دامن اولاد مرتضی ...
32.Mir Hüseyn bəy Salar- O vilayətin məşhur mərsiyə yazanlarındandır.farsca və azəri türkcəsindən başqa Ərəb və Rus dilini də yaxşı bilmişdir. əsərlərinin çoxu Həzrəti İmam Hüseynin mərsiyəsinə həsr etmişdir: (səh 345)
یار ترک مهربانی کرد یاری را ببین
میان جنگش هست با ما دوستداری را ببین ...
 
       Ey nogülü gülzari Əli, şibhi peyəmbər
       Qardaş əliəkbər
       Gülzari cəhan işrə çehrə nə bənzər
       Bir bərgi güli tər...
33.Mizə İbrahim Səba- farsca və azəri türkcəsində gözəl şerləri var.1286-ci ildə vəfat etmişdir.(səh 357)
34.Mirzə Əbülhəsən Qazi(Şəhid)- ömrünün sonuna qədər hakim olmuşdur və 1301-ci ildə vəfat etmişdir.İki dildə şer yazmışdır. Məşhur "Saqinaməsi" belədir: (səh 362)
 
الهی دلی ده پر از آتشم
که رخت از جهان بر کناری کشم
رخی هر دم از لطف بنما به من
دری هر دم از غیب بگشا به من
ز جام فنایم چنان مست کن
که در همتم ماسوا پست کن
چنان مست کن زان می بی غشم
که اندر وجود اوفتد آتشم
مرا آشنا کن بران راه راست
که ترک وجود تو عین فناست
رضای تو باشد مراد دلم
اگر رحمت است از بلا حاصلم ...
35.Mirzə Əbülqasım Qazi(Məlik)-O yurdun alimlərindən idi.İsfəhan və Nəcəf şəhərlərində təhsil almışdır.(səh 385-356)
رَبَناصَلِ عَلی شمسِ الازل
مَن بِهِ نَوّرَتَ عین كائنات...)
« اَسئَلُالله بمَنْ كان شفیعاً للبشر
الَذی تاب بِهِ آدَمُ فازَ وافتَخَر...»
36.Mirzə Bəy Baba (Fəna)- Qarabağın dahi şairi idi.əslində Sərabın "Gərmrud" qəsəbəsindən idi. 1283-cü ildə vəfat etmişdir.(səh 389)
37.Mirzə Cəfər- 1321-ildə dünyasını dəyişmişdir: (səh 393)
بده ساقی به من پیمانه ای چند
بیاد مطرب دردانه ای چند
زطفلان طریقت یاد گیرم
ز پیران کهن فرزانه ای چند...
38. Mirzə Həsən Mütəərifi- 1249-ci (h.q) ildə vəfat etmişdir: (səh 395)
الا ای شوح شیرین كار بی‌مروتخداحافظ
غم عشقونده بسدور چكیدیگیم ذلت خداحافظ
نگارا دورِ رویوندار قیبیمشادكام اولدی
منم آنجاق اولان آواره غربت خداحافظ ...» (ص 395)
«شدم دیوانه عشقت بزن ای زلف زنجیری
برای عاشق مسكین بجز این نیست تدبیری ...»
      
  1. Mirzə Həsən bəy Salik-1313-cü (h.q.) ildə vəfat etmişdir.
  2.  Mirzə Haqverdi Səfa-Həzrəti İmam Əli və digər imamlarımızın quluqcusu olmuşdur.Nəcəfdə təhsil almış din alimlərindən biridi.1294-də vəfat etmişdir. Fars dilində coxlu   poeziyası var. (səh 401)
  3.  Mirzə Sadiq–"Firdovsinin Şahnaməsi"ni gözəl səslə məclislərdə oxuyan və öz şerlərini də"Şahnamənin"təsirində yazmışdır.(səh 402)
سحر پیش از طلوع مهر انور
که خواب آلوده باشد چشم اختر
ز هر سو ماهرویان همچو خورشید
برون آیند در کف جام خورشید ...
  1. Mirzə Abbas Turabi Xaki- Şuşanın din alimlərindən idi.Ərəb, Fars və Azəri türkcəsində şerləri və qəsidələri var. 63 yaşında vəfat etmişdir.(səh 421)
 
سحرگاهی شدم بیدار چون از خواب غفلت
چو دیدم صبح روشن‌تر ز مهر خاوری نیست     
              
      43.Mirzə Əli Qazi-1255-ci (h.q) ildə dünyasını dəyişmişdir.(səh 415)
44.Mirzə Əqili-din alimlərindən idi.peyqəmbərimizin vəsfi haqqında bir neçə cild kitbı var və Fars və Ərəb dilində çoxlu şerləri var.
45.Mirzə Kərim xan-1308-ci (h.q) ildə vəfat etmişdir.(səh 419)
46.Mirzə Məhəmmədqulu Həkim-Nadir şahın sarayında katib idi.1296-cı ildə vəfat etmişdir.(səh 424)
47.Mirzə Məhərrəm Məriz- 1264-cü ildə vəfat etmişdir.şairin qəzəlləri var.(səh 430)
 
می زهری چشیدم در قره باغ
که بر جان می رسیدم در قره باغ
نصیبم کن الهی شهر دیگر
که روز خوش ندیدم در قره باغ
تو در شهر دگر آسوده ای من
چه ها بی تو کشیدم در قره باغ
فغان از حسرت درد جوانی
قد خود را خمیدم در قره باغ ...
48.Kösə Yusif-Qarabağ şairlərin sırasında bu təkbeyt onun adına qeyd edilmişdir: (səh 435)
 
خون شد دل من در طلبت خون شدنی بود
آن به که ز بیداد تو شد چون شدنی بود.
 
Nəticə:
Mövcud olan şerləri mütaliə edəndə məlum olur ki, Qarabağ bölgəsinin dörddə üç şairləri həm Azərbaycan dilində, həm də Fars dilində şerlər yazmışdılar.Nizami və Xəqani kimi böyük şairlərin şerlərində olan fikirləri bir-birinə bağlamışdılar.bundan başqa ikidə bir şairlər Həzrəti İmam Hüseynə mərsiyələr yazmışdılar.
Pars dili pars tayfaların dili deyil, bəlkə bütün İran xalqlarının dini və ədəbi dilidir.bu dil bütün dövürlərdə özünə məxsus yeri var idi.alimlərin, fəqihlərin, məktəbxanaçıların, katiblərin, yazıçıların və şairlərin diqqət mərkəzində olmuşdur.mərsiyə yazan Qarabağ alimləri, Fars şeri və ədəbiyyatını da yaxşı bilmişdilər. Kommunistlərin hökmranlığından öncə, Məhəmmədəmin Rəsulzadənin hökmranlığı dövründə Qafqazın cənubunu Azərbaycan respublikası adı altındaydı.bu dövürdə bütün alimlər və şairlər İslami mənbələrdən istifadə etmək imkanları var idi.Yəni, bir nəfər Gəncə Şəhərində Nizaminin şerlərini oxumaq üçün, marksist idealarında olan tərçüməçilərin naqis və qərəzli tərçümələrinə ehtiyacı yox idi.Mirzə Haqverdi Səfa kimi bir şair Azəri şerlərinin kənarında Fars dilində də qəzəl yazma imkanı var idi və hətta öz şerlərində Hafiz Şirazidən himayə etmişdir: (həmin mənbə 401)
یاران که می برد به دلبرسلام ما
وانگه ز روی شوق بگوید پیام ما
دائم بدور لطف تو ای شهسوارعقل
افتد کو رنگ وحشی دولت به دام ما
بر تهنیت سرود سروشم ز ملک غیب
یک مطلعی ز حافظ عالی مقام ما
ساقی به نور باده بیفروز جام ما
مطرب بگو که کار جهان شد به کام ما
gördüyümüz kimi, Mirzə Sadıq  əzbər şəkildə və gözəl səslə məclislərdə "Şahnamə" oxuyan idi .
Xatırlamaıyam ki, alimlər, katiblər, qazilər, və ədəbiyyatçılar, dini təhsil alanların hamısı öz yerli dillərin kənarında İranın ümum rəsmi dili olan fars dilini də yaxşı bilmişdilər və Ərəb dili onların ikinci dili sayılmışdır. Onların bir çoxu hər üç dildə şer yazmışdılar.kommunizm dövründən əvvəl bu dillər arasında heç bir fərq yox idi. Ancaq kommunistlərin hakimiyyətindən sonra müsəlman ərazisində İslama qarşı gərgin və qanlı bir ziddiyyət başlamışdır. İslami və İranı simvollar daqıdılmışdır.tarix təhrif edilmiş, məscidlər və dini məktəblər tətil edilmiş və dini alimlərin çoxu edam edilmişdilər.şübhəsiz, dini alimləri, ruhaniləri, mollaları, qaziləri, məktəbxanaçıları və mərsiyə oxuyanları sıradan çıxmaqla İslami Azəri türkcəsini və Fars ədəbiyyatını və şerini də Qafqazda məhv etdilər.
Çıxarışlar:
  • Yazılıb
  • da (də) 2008 May 12