Tarix : 2008 May 12
Kod 4628

Səməd Sərdarniyanın “Aran”la Müsahibəsi

-
Iran Servisi/Aran Agentliyi
 Cavad Şərifnəjad
-          İlk sual olaraq rica edirəm özünüzü bizim oxuculara təqdim edəsiniz?
1947-ci ildə Təbrizin Əmirxiz məhəlləsində anadan oldum. Orta məktəbi öz şəhərimdə bitirdim. "Təbriz Universiteti"nin tarix fakültəsinə daxil oldum və 1971-ci ildə diplom aldım. Hərbi qulluğu bitirdikdən sonra 1973-cü ildə Tehranın radio və televiziyasında işə başladım və orada təfsir və araşdırma şöbəsində işimi davam etdim.
Məktəb illərində mütaliə etməyə daha çox  maraqım var idi və həmin illərdən başlayaraq tədqiqatla  məşğul oldum.Radio və televiziyada işləyərkən təhsilimi hüquq fakültəsində davam etdim və ikinci diplomumu aldım. 2002-ci ildə "Azərbaycan Dövlət Universiteti"ndən fəxri professorluq dərəcəsini aldım.
1987-ci ildə “Azərbaycan, yeni(serbest) şerin yurdu آذربایجان زادگاه شعر نو” adlı ilk məqaləm "Təmaşa" jurnalında çap oldu və ilk kitabım"Azərbaycanın Teatr Tarixi    تاریخچه تئاتر آذربایجان " Tehranda nəşr edildi.
"İslami İnqilab"dan sonra bir neçə Azərbaycan ziyallıların vasitəsilə Tehranda “Varlıq” jurnalını nəşr etdik.bu jurnal 26 ildir ki, arası kəsilmədən nəşr olunur.
1982-ci ildə Təbrizə qayıtdım və 1996-cı ildə təqaüdə çıxdım. O zamandan etibarən bütün vaxtımı Azərbaycan tarixinin tədqiqinə həsr etmişəm.
-          Sizin aktiv və işgüzar xarakterinizi nəzərə alaraq, xahiş edirəm tarix və ədəbiyyat sahəsində nəşr olunmuş və olunmamış əsərləriniz haqqında danışasınız.
Məncə, tarix elminin xüsusi əhəmiyyəti var və onu öyrənmək, hər millətə vacibdir. Hər bir millət müstəqillik, azadlıq və inkişaf yolunda addım atmaq istəyirsə, öz tarixini öyrənməlidir. Ernest Renan deyir ki: “tarix oxuyan millətin uşaqları ağsaqqallar kimi düşünər və tarixini oxumayan millətin  ağsaqqalları uşaq kimi olar.” bu əsrin dahi tarixçisi Arnold Tüeynbi, bu sualı bəyan etdi:-məgər mümkündür bir şəxs tarixini bilmədən iqtisadi, siyasi, sosiyal, mədəni və başqa mövzular haqqında danışasın?bu sualı özü belə cavablandırdı:-əgər danışsa,  mənasız və boş danışacaqdır. Azərbaycan tarixindən çox şey öyrənmək olar. Mən buna görə, bu sahəyə rəğbət göstərdim və  bütün ömrümü Ana yurdumun tarixinin mütaliəsinə və tədqiqatına həsr etdim.
Yazılarımın çoxu xarici ölkələrdə tərcümə edilib və edilir.İravan və Qarabağın tarixi və coğrafiyasına aid məqalələrim Bakı və Sveçrə jurnallarında tərcümə və nəşr edilib.Həmçinin “Bağır xan, Salar-e Milli” adlı kitabım Türkiyədə tərcümə və 1996-ci ildə Ankarada nəşr edildi.
Bunlardan əlavə 15 cild kitabım indiyə kimi nəşr olunub və 6 cild kitabım nəşrə hazırdır.
Nəşr olunmuş kitablarım bunlardır:
1. Azərbaycan Teatrının Tarixi  تاریخچه تئاتر آذربایجان                                                   
2.Əli Müsio علی مسیو
3.Azərbaycan Qəzetlərinin və Jurnallarının Tarixiتاریخ روزنامه‌ها و مجله‌های آذربایجان
4. Təbrizin Gizli Əncüməni مركز غیبی تبریز
5. Bağır xan, Salar-e Milli باقرخان سالارملی
6. Azərbaycan dahiləri (birinci kitab)  مشاهیر آذربایجان (جلد اول)
7. "Molla Nəsrəddin" Təbrizdə  ملانصرالدین در تبریز
8. Təbrizin Tənbəki  Üsyanı تبریز در نهضت تنباکو
9.Azərbaycan, Mədəni Quruluşun Birincisi  آذربایجان پیشگام جامعه مدنی
10.İrəvan Müsəlman Bir Vilayət idi. ایروان یك ولایت مسلمان‌نشین بود
11.Azərbaycan dahiləri (ikinci kitab)  مشاهیر آذربایجان (جلد دوم)
12. Təbriz, seçilmişlərin Şəhəri تبریز شهر اولین‌ها
13. Təbrizin Darülfununu دارلافنون تبریز
14. Arazın İki Sahilində Müsəlmanların Soyqırımı  قتل عام مسلمانان در دو سوی ارس
15. Təbriz, İranın Çap Sənayesinin Ana Yurdu تبریز مهد صنعت چاپ در ایران (زیر چاپ)
 
Nəşrə hazır olan kitablarım bunlar:
1.Əmir Heşmət Neysari امیر حشمت نیساری
2.Qarabağ Tarix Keçidində قره‌باغ در گذرگاه تاریخ
3.Azərbaycanın Dahi Rəssamları  نگارگران بزرگ آذربایجان
4.Azərbaycanda Məşrutə Mücahidləri فعالان مشروطه در آذربایجان
5.zərbaycan Dahiləri (üçüncü cild)مشاهیر آذربایجان(جلد سوم)
6.Hüseyn Ümüdün yazdığı iki cilddə “Azərbaycanın Tarix və Mədəniyyəti” kitabının təshihi və təkmili   تصحیح و تكمیل تاریخ و فرهنگ آذربایجان دو جلد تألیف حسین امید
Cənab Sərdarniya!“Aran” müəssisəsinin fəaliyyətlərini necə qiymətləndirirsiniz ?
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Qafqaz və Orta Asiyada "MDB" ölkələri müstəqil oldular. Təbrizdə "Qafqazşünaslıq Mərkəzi"təşkil olunmalı idi və bu regiyonun hadisələrini, onların tarixi xüsusiyyətlərini nəzərə alaraq, düzgün istiqamətdə qiymətləndirməli idi.
İİR-nın diplomatiyasında Azərbaycan respublikasını cəzb etməsində bir boşluq yarandı və bu boşluğu “Aran” müəssisəsi ilk illərdə doldura bilərdi.
-             Cənab Sərdarniya! Bu müəssisənin adı Arazın şimali                                       torpaqlarının(indiki Azərbaycan respublikası) tarixi adından götürülüb, bu tarixi adın haqqında nəzərinizi bilmək istərdim.
 
Aran ya Ərran vilayəti, Kür və Araz çaylarının arasındakı əraziyə deyilmişdir. Həmdüllah Möstofi Qəzvini  Ərran iki çayın(Kür və Arazın)qərbi istiqamətində yerləşdiyinə görə,oranı beynülnəhrin  və Arran adlandırmışdır və "Nüzhət-ül-Qulub"adlı əsərində yazmışdır:- Araz çayının qırağından Kür çayına qədər Beynülnəhrin və Aran vilayətidir."(səh 61-91).Bu bölgə İslamın zühuru zamanı Ərran adlanmışdır.yerini Qarabağa verdi.deməli bu yurdun bir hissəsini təşkil edir. necə ki, Məhəmmədhüseyn bin xələf Təbrizi, "Bürhani Qate"adlı kitabında, Ərran haqqında yazıb:-“ Azərbaycanın bir vilayətidir. Gəncə və Bərdə ona tabedir. Orada qızıl və gümüş mədənlər var...”
İslamdan qabaq bu yurd, yəni Kür və Arazın orta ərazisi “Uti” adlanırdı. Necəki, indiki Qarabağ və keçmiş Ərran, Azərbaycan respublikasının bir vilayəti sayılır.qədim dövrdə “Uti”, Albaniyanın bir hissəsi sayılırdı...
-          Müsahibənin sonunda əgər bu jurnalın məsulları və işçilərinə aid bir sözünüz varsa, buyurun:
Tarixi faktlar göstərir ki, Arazın şimalində olan 17 vilayət, keçmişdə İranın bir hissəsi idi. böyük Britaniya dövlətinin təxribatçı siyasətləri və çar Rusiyanın qılıncının gücü ilə Ana vətəndən ayrıldılar.bu jurnal tarixi həqiqətləri nəzərə alaraq və coğrafiya adları düzgün şəkildə istifadə etməklə, dünyanın ikinci böyük şiə millətini İİR-na daha yaxınlatması üçün işlər görə bilər.
  • Yazılıb
  • da (də) 2008 May 12