Tarix : 2015 Aug 12
Kod 46306

Iran Islam Respublikasinin Müqəddəs Müdafiə dövrünün 251 şəhidi son mənzilə yola salındı

Şəhidlərin pak cənazələri, müşayiət edildikdən sonra torpağa tapşırılıb.

Arannews - İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü ilə bir vaxtda Müqəddəs Müdafiə dövrü şəhidlərindən 251-nin cənazəsi üçün İranın müxtəlif məntəqələrində dəfn mərasimləri təşkil edilib .

Şəhidlərin pak cənazələri, müşayiət edildikdən sonra torpağa tapşırılıb .

Bu şəhidlər Kərbəla 4 əməliyyatında iştirak etmiş şəhid dalğıcların cənazəsidir. Bu şəhidlərin 54-nün kimliyini müəyyənləşdirmək mümkün olub .

Dünən də İranın bir çox şəhərlərində şəhidlərlə vida mərasimləri təşkil edilmişdi .

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu şəhidlərdən 2-nin dəfn mərasiminə ünvanladıqları müraciətdə ümidvarlıq ediblər ki, bu şəhidlərin "böyük hünəri" inqilabçı incəsənət ocaqları üçün ilham qaynağına çevrilsin.

  • Yazılıb
  • da (də) 2015 Aug 12