
AranNews-ın ABNA-ə istinadən məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei buyurublar: ABŞ-ın iqtisadi, siyasi və mədəni nüfuzu qarşısında var gücümüzlə dayanacaq, buna icazə verməyəcəyik və onunla mübarizə aparacağıq.
Həzrət Ayətullahülüzma Xamenei buyurublar: ABŞ-ın iqtisadi, siyasi və mədəni nüfuzu qarşısında var gücümüzlə dayanacaq, buna icazə verməyəcəyik və onunla mübarizə aparacağıq.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya potalının bildirdiyinə görə, Ümumdünya Əhl Beyt(ə) Assambleyasının Tehranda keçirilən 6-cı iclası habelə, İslami Radio və Televiziya Birliyinin 8-ci ümumi iclasının iştirakçıları bu gün İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamanei ilə görüşüblər.
Həzrət Ayətullahülüzma Xamenei bu görüşdə regionda imperialis və hegemonçuluq siyasətləri ilə mübarizəni Allah yolunda cihadın bariz nümunəsi adlandırıb və ABŞ-ın nüvə müzakirələrində əldə olunmuş nəticədən İrana siyasi, iqtisadi və mədəni baxımdan nüfuz etmək üçün sui-istifadə etmək cəhdləri qarşısında mübarizəyə təkid edərək, deyiblər: Hegemonçuluq quruluşunun regionla bağlı planı iki əsas dayağa malikdir. Bunlardan biri ixtilaf törətmək, ikincisi isə nüfuz etməkdir. Buna görə də, doğru və düzgün hücum və müdafiə strategiyası ilə bu fitnə qarşısında fasiləsiz olaraq mübarizə aparmaq lazımdır.
İnqilab Rəhbəri Ümumdünya Əhl Beyt(ə) Assambleyasının 6-cı iclasının keçirilməsinə işarə edərək, deyiblər: Allah yolunda cihad yalnız hərb və müharibə deyil. Mədəniyyət, iqtisadiyyat və siyasət meydanında aparılan mübarizələrə də şamil olur. İnqilab Rəhbəri Ümumdünya Əhl Beyt(ə) Assambleyasının 6-cı iclasının keçirilməsinə işarə edərək, deyiblər:
Allah yolunda cihad yalnız hərb və müharibə deyil. Mədəniyyət, iqtisadiyyat və siyasət meydanında aparılan mübarizələrə də şamil olur.