Tarix : 2015 Aug 29
Kod 46386

IRAN VƏ AZƏRBAYCAN GÖMRÜK RƏSMİLƏRİ GÖRÜŞÜB

“İran Astarası və Azərbaycan Respublikası Astarasının gömrük rəsmilərinin iştirakı ilə keçirilən ikinci müştərək sərhəd iclasında qarşılıqlı gömrük həmkarlıqları səviyyəsinin yüksəldilməsi və iqtisadi münasibətlərin gücləndirilməsi məsələləri araşdırılıb”.

Arannews - İran və Azərbaycan gömrük rəsmilərinin ikinci ikitərəfli iclası Astara liman və sərhəd şəhərində keçirilib .

İranın Astara Gömrük İdarəsinin baş direktoru Həmidrza Məhəmmədi deyib: “İran Astarası və Azərbaycan Respublikası Astarasının gömrük rəsmilərinin iştirakı ilə keçirilən ikinci müştərək sərhəd iclasında qarşılıqlı gömrük həmkarlıqları səviyyəsinin yüksəldilməsi və iqtisadi münasibətlərin gücləndirilməsi məsələləri araşdırılıb ”.

Mohəmmədi sürücülər üçün mövcud olan problem və maneələrin aradan qaldırılmasını Azərbaycanla İran gömrük rəsmilərinin ikinci ikitərəfli iclasının uğuru kimi dəyərləndirib :

 Bu iclasda bəzi məsələlərlə rəftar tərzi araşdırılıb və qərarların icra tərzi ətrafında fikir mübadiləsi aparılıb ”.

İranın Astara Gömrük İdarəsinin baş direktoru habelə Astara gömrük sərhədindən ötən beş ay ərzində 275 min 358 nəfərin gediş-gəliş etdiyini bildirib :

 Astara quru sərhədindən gediş-gəliş ötən ilin müvafiq dövrü ilə müqayisədə 168 faizdən çox artıma malik olub ”.

  • Yazılıb
  • da (də) 2015 Aug 29