Tarix : 2015 Aug 31
Kod 46389

həzrət Ayətullah Əl-Uzma Nuri Həmədani Azərbaycan Respublikasina səfər edib

Ayətullah Əl-Uzma Nuri Həmədani açıqlamasında bildirib ki, Bakıya səfərinin məqsədi müsəlmanlar arasında vəhdət və yekdilliyin gücləndirilməsidir.

Arannews - İranın dini mərcəyi təqlid alimlərindən olan həzrət Ayətullah Əl-Uzma Nuri Həmədani bu gün səhər çağı Az. R-nın paytaxtı Bakıya daxil olub. Qonaq, Qafqaz Müsəlmanları Dini İdarəsinin sədri Allah Şükür Paşazadə tərəfindən qarşılanıb .

Vəlliyi Fəqihin Az. R-dakı nümayəndəsi Hüccətül-İslam Əliəkbər Ocaqnejad, İranın Bakıdakı səfiri Möhsün Pakayin və o ölkədə yaşayan iranlılardan ibarət bir qrupunun bu mərasimdə o həzrəti səmimi qarşılamaları medialarda əks etdirilib .

Həzrət Ayətullah Əl-Uzma Nuri Həmədani Bakıya daxil olduğu zaman Bakıdakı müxbirimizlə müsahibədə bu ölkəyə səfər etməkdə məqsədini müsəlmanlar arasında vəhdət və yekdilliyin gücləndirilməsi olduğunu bildirib .

QM şeyxi Allah Şükür Paşazadə bu mərasimin əvvəlində qeyd edib: Bu ilk dəfədir ki, Az. R-na böyük dini bir mərcəyi təqlid aliminin tarixi səfərinin şahidi oluruq. Bu səfər önəmli bir səfərdir. İran – Az. R-nın müxtəlif mənəvi ortaqlıqlarına işarə edən Qafqaz şeyxi əlavə olaraq deyib: Bu səfər Az. R. və bu ölkə xalqı üçün xeyrli-bərəkətli bir səfərdir. Mən diri olmasam belə bilin ki bu səfər Azərbaycan tarixində həmişə yaşayacaq, çünki böyük bir dini alimi öz səfəri ilə ölkə müsəlmanlarını sevindirib. Biz belə bir səfərin, digər mərcəyi təqlid alimlərinin ölkəmizə səfərinə bir başlanğıc olacağına ümidvarıq .

  • Yazılıb
  • da (də) 2015 Aug 31