Tarix : 2015 Aug 31
Kod 46390

İran-Azərbaycan Respublikası siyasi və mədəni əlaqələri ən yaxşı səviyyədədir

İbrahimi: İran-Azərbaycan Respublikası əlaqələri ən yüksək səviyyədədir və qarşılıqlı mədəni əlaqələrin genişlənməsi üçün mövcud imkanlardan istifadə edilməlidir.

Arannews - İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi deyib ki, iki ölkənin siyasi və mədəni əlaqələri ən yaxşı səviyyədədir .

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi qarşılıqlı mədəni əlaqələrin genişlənməsi üzrə böyük imkanlara toxunaraq, bildirib ki, iki ölkə din, məzhəb, tarix, sivilizasiya və dil üzrə bir çox ortaqlığa malikdir .

İbrahimi vurğulayıb ki, İran-Azərbaycan Respublikası əlaqələri ən yüksək səviyyədədir və qarşılıqlı mədəni əlaqələrin genişlənməsi üçün mövcud imkanlardan istifadə edilməlidir .

İbrahimi həmçinin deyib ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ahəngdarlığı ilə İslamda sülh və dostluğa təkid və ifratçılıq və zorakılıqla mübarizə sahəsində birgə şəkildə səkkiz adda kitab tərcümə və çap olunmaqdadır.

  • Yazılıb
  • da (də) 2015 Aug 31