Tarix : 2015 Sep 05
Kod 46417

İran Islam Respublikasinda Muhəmməd Rəsulallah filminə tamaşaçı rəğbəti davam etməkdədir

bu film beynəlxalq bir filmin bütün xüsusiyyətlərinə malikdir və iranlı tamaşaçıdan başqa, xarici tamaşaçalarla da düzgün əlaqə qura bilib.

Arannews- İran Islam Respublikasinda rejissor Məcid Məcidinin yeni çəkilmiş Muhəmməd Rəsulallah filminə tamaşaçı rəğbəti davam etməkdədir və səkkizinci ekran günündə biletlərin satışı 2 milyard tüməni (660 min dolları) arxada qoyub .

Muhəmməd Rəsulallah bədii filmi son onilliklərdə İran kinosunda tamaşaçı rəğbəti üzrə rekordu öz adına qeydə aldırdı və göstərdi ki, bu film beynəlxalq bir filmin bütün xüsusiyyətlərinə malikdir və iranlı tamaşaçıdan başqa, xarici tamaşaçalarla da düzgün əlaqə qura bilib .

Muhəmməd Rəsulallah bədii filmi üç saat müddətinə Peyğəmbər(s.ə.s)-in həyatının üç dövrünün bir hissəsini, uşaqlıq dövrü və Şibi Əbi Talib hadisəsini rivayət edir. 

 


  • Yazılıb
  • da (də) 2015 Sep 05