Tarix : 2015 Sep 05
Kod 46419

Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı birgə seçki bəyanatı yaydı

bəyanatda deyilir ki, sənədi imzalayan qurumlar ölkədə azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il Parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər.

Arannews- 01 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib .

Həmin təşkilatlar bu barədə birgə bəyanat qəbul ediblər.

bəyanatda deyilir ki, sənədi imzalayan qurumlar ölkədə azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il Parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər .

Bəyanatda bildirilir ki, tərəflər seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması; seçki günü birgə müşahidənin təşkili; qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi; seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəliblər.


  • Yazılıb
  • da (də) 2015 Sep 05