ABŞ ilə Az. R. hərbi əməkdaşlıq yollarını genişləndirmək niyyətdindədirlər və bu istiqamətdə birgə hərbi təlimlər kiçirəcəklər
Azerbaijan Servisi/Aran Agentliyi
Az. R-nın müdafiə naziri Səfər Əbiyev, ABŞ-ın ərazi bütövlüyü lehinə səs verməkdən çəkinməsinə baxmayaraq Amerika ilə Az. R. arasında müştərək hərbi təlimlərin keçirilməsi məsələsinin araşdırılmasından xəbər verib.
İnterFaks İnformasiya Agentliyi bazar ertəsi günü, General Səfər Əbiyevə istinadla yazıb: Hazırda, iki ölkə bu haqda konkret və dəqiq layihələrə malikdir və bu layiələri araşdırmaqla məşğuldur.
Onun sözlərinə görə, ABŞ ilə Az. R. hərbi əməkdaşlıq yollarını genişləndirmək niyyətdindədirlər və bu istiqamətdə birgə hərbi təlimlər kiçirəcəklər.
Azərbaycanlı general çıxışının digər bir hissəsində deyib: Hal-hazırda, Qəbələ bazasında istifadə barədə indiyədək Rusiya ilə Amerika arasında heç bir danışıq və müzakirənin aparılması ortada deyil.
Qeyd edək ki, ABŞ Az. R-nın əsas problemi olan Qarabağ konflikti məsələsini iki ölkənin hərbi əməkdaşlıqlarından istisna edib ki, bu da, Ermənistanı mənafeyi uğrunda olan bir addımdır. ABŞ Az. R-nın köməyi ilə Xəzər dənizini hərbiləşdirməyə cəhd göstərir.