Tarix : 2015 Sep 12
Kod 46448

Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin direktoru: Təbriz Universitetində türk-azəri dil və ədəbiyyatının təlimi nəzərdə tutulmuşdur

Təbriz Universitetin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin direktoru deyib: "Təbriz Universitetində azəri və fars dilli tələbələr üçün iki semester müddətində iki ixtiyari dərs vahidi (kurs) çərçivəsində türk-azəri dil və ədəbiyyatının təlimi təklif olunmuşdur və bu tələbələr tərəfindən yaxşı qarşılanmışdır"...

AranNews - Redaksiyamızın Təbriz Universitetinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi məlumata görə doktor  Əhməd Fərşbafiyan "Fars dili və ədəbiyyatı barədə bilgi artırılması kursunun üçüncü açılış mərasimi"ndə Azərbaycan Respublikasının universitetlərinin müəllim və tələbələrinə Təbriz Universiteti barədə qısa tanışlıq verməklə yanaşı bilgi artırılması kursunun təşkilində məqsədin İran və Azərbaycan universitetləri arasında elmi məlumatlarım mübadiləsi olduğunu vurğulayıb. O artırıb: "İran və Azərbaycanın tarix və mədəniyyəti, ortaq mədəniyyət və ədəbiyyatla tanışlıq, həmçinin Təbriz Universitetinin təlim və tədqiq qaydaları ilə tanış olmaq bu kursların digər hədəflərindəndir".

Mərkəzin direktoru artırıb: "Bu kursda Təbriz Universitetinin fars ədəbiyyatı və xarici dillər mərkəzinin peşəkar müəllimləri vasitəsilə Bakı Dövlət, Qafqaz, Gəncə universitetləri və Azərbaycanın Milli Elmlər Akademiyasından dəvət olunmuş  30 tələbəyə fars dili və ədəbiyyatı yenidən hazırlanma dərsləri təşkil olunacaq".

Doktor Fərşbafiyan xatırladıb: "Təbriz Universitetinin və dəvət olunmuş alimlərin birgə iştirakı ilə fars dili və ədəbiyyatı üzrə peşəkar konfransların keçirilməsi, Təbriz şəhərinin muzey, tarixi və gəzməli yerləri ilə tanışlıq bu kursların digər proqramlarından sayılır".

Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin digər proqramlarına işarə edən direktor deyib: "Təbriz Universitetində azəri və fars dilli tələbələr üçün iki semester müddətində iki ixtiyari dərs vahidi (kurs) çərçivəsində türk-azəri dil və ədəbiyyatının təlimi təklif olunmuşdur və bu tələbələr tərəfindən yaxşı qarşılanmışdır".

 O, həmçinin Təbriz Universitetində gələn semesterdə İstanbul türkcəsinin ibtidai və tamamlayıcı dərslərinin təliminin təşkili barədə xəbər verərək deyib: "Bu kurslar Təbriz Universitetinin azad və vitural təlimçilər qrupu vasitəsilə bu ilin mehr ayında (sentyabr-oktyabr) təşkil olunacaq".

İran və Azərbaycan Respublikası ortaq və zəngin mədəniyyətə malikdir.

Mərasimdə iştirak edən İranın Bakıdakı Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahimi deyib: "Təbriz birincilərin şəhəri olub və ölkənin mədəniyyət və ədəbiyyatında xüsusi yeri var. Muzeylər, bazarlar, ziyarətgahlar və kitabxanaların vücudu bu şəhərin digər iftixarlarındandır".

O, Təbriz Universitetinin əhəmiyyət və mövqeinə işarə edərək deyib: "Təbriz Universiteti təkcə bir universitet deyil, o geniş elmi və tədqiqi fəaliyyətləri ilə bir şəhər kimidir və şəhərə lazım olan mədəniyyət evi, məscid, park, bağ, kino-teatr, restoran, kitabxana, uşaq bağşası, kiçik bazar, çoxsaylı sosial xidmətlərin hamısı bu universitetdə mövcuddur.

İranın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi İran və Azərbaycanın tarixi və mədəni mövqeinə işarə edərək deyib: "İran və Azərbaycan Respublikası ortaq və zəngin mədəniyyətə malikdir. Lakin müxtəlif səbəblərdən bu ortaqlıqlar unudulub, onu yenidən ortaya gətirmək və islah etmək universitet sahəsinin adamlarının vəzifəsidir".

Xəbərə əsasən, fars dili və ədəbiyyatı barədə bilik artırılması kursu Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin təşəbbüsü və Təbriz Universitetinin Elmi və Beynəlxalq Əməkdaşlığı Mərkəzinin iştirakı ilə başlamışdır.

  

  • Yazılıb
  • da (də) 2015 Sep 12