Bu görüş çərçivəsində erməni tərəf Qarabağ münaqişəsi barədə saziş razılaşması həddinədək müzakirə və dialoqa keçməyə hazır olduğunu elan edib
Azerbaijan Servisi/Aran Agentliyi
Az. R-nın XİN Elmar Məmədyarov, bu ölkənin dövlət başçısı İlham Əliyevin iyun ayında erməni həmkarı yəni Serj Sarkisyanla baş tutacaq görüşündən xəbər verib.
ANS İnformasiya Agentliyinin verdiyi məlumata görə, Məmədyarov bazar ertəsi günü, Bakıda müxbirlər qarşısında bu xəbərə işarə etdikdən sonra, özünün erməni həmkarı Edvard Nalbəndyan ilə keçirdiyi son görüşünün nəticələrini şərh edib.
Onun sözlərinə görə, İlham Əliyev ilə Serj Sarkisyan iyun ayında bir-biri ilə görüşməlidir.
Az. R-nın XİN sonra deyib: Bu görüş çərçivəsində erməni tərəf Qarabağ münaqişəsi barədə saziş razılaşması həddinədək müzakirə və dialoqa keçməyə hazır olduğunu elan edib. Ancaq iki ölkə prezidentinin görüşü çərçivəsində bu ideyanın düz ya yalan olması iddiası sübut ediləcək.
Elmar Məmədyarov, müsahibəsinin sonunda, bir daha rəsmi Bakının Qarabağ sülh danışıqları prosesinin Az. R. müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına uyğun olaraq keçirilməsinə təkid edib. Ermənistan prezidenti Serj Sarkisyan son vaxtlar, rəsmi Bakıdan Qarabağın müstəqilliyinin tanınması istəmişdi.