Tarix : 2015 Sep 17
Kod 46481

İran və Azərbaycan iki ölkənin dəmiryolu şəbəkələrinin birləşdirilməsini müzakirə ediblər

Ötən avqust ayında Bakıda İranın rabitə və informasiya texnologiyaları naziri və İran-Azərbaycan müştərək komissiyasının həmsədri Mahmud Vaizinin iştirakı ilə keçirilən İranın dəmiryol şəbəkəsinin Azərbaycana birləşdirilməsi üzrə koordinasiya iclasında, Azərbaycan iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün dəmiryolu şəbəkəsinin Azərbaycanın Astara şəhərindən İranın Astara şəhərinə qədər uzadılmasını təklif etdi.

Arannews- İranın Gilan vilayətinin valisi İran və Azərbaycanın iki ölkənin dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparmalarından xəbər verib .

 

İRİB-nin məlumatına görə, Gilanın valisi Məhəmməd Əli Nəcəfi iki ölkənin dəmiryol şəbəkəsinin Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhəri arasında bir-birinə qovuşacağını deyərək, əlavə edib: Ötən avqust ayında Bakıda İranın rabitə və informasiya texnologiyaları naziri və İran-Azərbaycan müştərək komissiyasının həmsədri Mahmud Vaizinin iştirakı ilə keçirilən İranın dəmiryol şəbəkəsinin Azərbaycana birləşdirilməsi üzrə koordinasiya iclasında, Azərbaycan iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün dəmiryolu şəbəkəsinin Azərbaycanın Astara şəhərindən İranın Astara şəhərinə qədər uzadılmasını təklif etdi .

Nəcəfi bu dəmiryolu xəttinin İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini Fars körfəzinə birləşdirəcəyini deyərək, əlavə edib: Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq ki, bunun 2 kilometri İran ərazisiində, qalan 5 kilometri isə Azərbaycan ərazisində quraşdırılmalıdır .

Gilan valisi sonda deyib: Bakıda keçirilən iclasda həmçinin qərara alındı ki, İran Astarasında böyük bir yük terminalı da quraşdırılsın.

  • Yazılıb
  • da (də) 2015 Sep 17