Tarix : 2015 Sep 17
Kod 46483

İran və Azərbaycan mədən sənayesi üzrə əməkdaşlılqarı genişləndirirlər

Azərbaycan İran ilə əməkdaşlılqarıni genişləndirməyə maraqlıdır.

Arannews- İranın ticarət, sənaye və mədən naziri və İranın Mədən Sənayesinin İnkişafı Təşkilatının sədri Mehdi Kərbasiyan ilə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında baş tutan görüşdə iki ölkə arasında əməkdaşlıqların xüsusilə mədən sənayesi sahəsində möhkəmləndirilməsi məsələsi araşdırılıb .

Mehdi Kərbasiyan bu görüşdə İranın mədən sənayesinin potensialları barədə qarşı tərəfi məlumatlandırıb və İranın bu sahədə sərmayə qoymağa maraqlı olan Azərbaycanlı sərmayə sahiblərini qəbul etməyə hazır olduğunu bildirib .

Kərbasiyan həmçinin, iki ölkə arasındakı iqtisadi əlaqələrə işarə və Azərbaycanda cərəyan edən inkişaf prosesindən razılıq edib .

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bu görüşdə iki ölkə başçılarının əlaqələrin qarşılıqlı formada genişləndirilməsi və möhkəmləndirilməsində güclü iradəyə malik olduqlarını deyərək, İranın rabitə və informasiya texnologiyaları naziri cənab Mahmud Vaizinin dəvəti əsasında yaxın gələcəkdə İrana səfər edəcəyindən xəbər verib .

Kəmaləddin Heydərov deyib: Azərbaycan İran ilə iqtisadi əlaqələrini genişləndirməyə maraqlıdır .

Azərbaycanın fövqəladə hallar naziri daha sonra İranda cərəyan edən müsbət olaylardan , xüsusilə nüvə anlaşmasının əldə edilməsi və saksiyaların ləğvi məsələsindən razılıq edərək deyib: İki ölkə iqtisadiyyatının gələcəyi xüsusilə mədən sənayesi sahəsində ümidvericidir.

  • Yazılıb
  • da (də) 2015 Sep 17