Tarix : 2015 Sep 29
Kod 46520

İran İslam Respublikasının prezidentinin BMT BA sessiyasındakı mühüm çıxışı

Həsən Ruhani: Əgər Amerikanın Əfqanıstan və İraqa hərbi hücumları olmasaydı və əgər Amerikanın sionist rejimin Fələstinin məzlum xalqına qarşı insanlığa zidd hərəkətlərini hesabsız surətdə dəstəkləməsi olmasaydı, bu gün terrorçular öz cinayətlərinin əsaslandırılması üçün bir bəhanə tapmazdılar.

İran İslam Respublikasının prezidenti Səudiyyə Ərəbistanından istəyibdir ki, Mina faciəsi qarşısında öz beynəlxalq məsuliyyətinə əməl etsin .

Arannews- Həsən Ruhani bazar ertəsi günü Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasında deyib: Ərəbistanda minlərlə zəvvar icraçıların ləyaqətsizliyi və zəif idarəçilyinin qurbanı oldu və hətta səudiyyə başçılarının cavabdeh olmamaları səbəbindən itkinlərin aşkarlanması və həlak olanların cənazələrinin sürətlə onların matəmli ailələrinə qaytarılmasında səhlənkarlığa yol verilibdir .

Prezident Aparatının informasiya portalının məlumatına görə, Ruhani söyləyib: Minada dünyanın hər yerindən olan minlərlə günahsız insanın həlak olması və yaralanması, yerli bir məsələ və ya təbii bir fəlakət ilə edilən rəftar səviyyəsindən daha genişdir .

İran İslam Respublikasının prezidenti vurğulayıb ki, Ərəbistan dövləti Mina faciəsinin səbəb və amillərinin müstəqil və dəqiq surətdə araşdırılması və gələcəkdə onun təkrarlanmasının qarşısının alınması üsulları üçün lazımi şərait yaratmalıdır .

Ruhani öz çıxışında habelə regionda terrorizmin yayılmasına toxunub və belə deyib: Əgər Amerikanın Əfqanıstan və İraqa hərbi hücumları olmasaydı və əgər Amerikanın sionist rejimin Fələstinin məzlum xalqına qarşı insanlığa zidd hərəkətlərini hesabsız surətdə dəstəkləməsi olmasaydı, bu gün terrorçular öz cinayətlərinin əsaslandırılması üçün bir bəhanə tapmazdılar .

Ruhani belə qeyd edib: Yaxşı olardı ki, Amerika dövləti region reallıqlarını təhrif etmək və başqalarına yaraşmayan ittihamlar vurmaq yerinə, özü və bölgədə firqəçilik, zorakılıq və ekstremizmi qızışdıran regiondakı müttəfiqlərinin təhlükəli siyasətlərinə son qoysun və region xalqlarının amal və tələbləri ilə ahəngdar olsun .

İran prezidenti dünyanı, xüsusən region ölkələrini də zorakılıq və ektremizmlə mübarizə üzrə müttəfiq cəbhə yaratmağa, eləcə də cahillik, diktatorluq, yoxsulluq, pozğunluq, terrorizm, kobudluq və onun siyasi, sosial, mədəni, iqtisadi və təhlükəszilik təsirləri ilə mübarizə üçün müştərək addım üzrə əhatəli proqram hazırlamağa çağırıb .

Ruhani deyib: Zorakılıq və ektremizmlə mübarizə üzrə müttəfiq cəbhə, regional problemlərin ciddi həlli üçün beynəlxalq və kütləvi hərəkət və dialoq yolu ilə yaradılmalı; günahsız insanların qırğını, mülkilərin bomblanması, kobudluğun yayılması və insan qırğınının qarşısı alınmalı; eləcə də mərkəzi hökumətlərin dəstəyi ilə sabitlik yaradılmalı və nəhayət, dinclik və stabilliyin bərqərarından sonra Yaxın Şərqdə demokratiya və demokratik hökumət qurulmalıdır .

İran İslam Respublikasının prezidenti həmçinin nüvə razılaşmasına toxunaraq, deyib: Müharibə üzərində qələbənin parlaq nümunəsi olan nüvə razılaşması qarşıdurma kölgəsi və hətta digər bir müharibəni və geniş çəkişməni Yaxın Şərq regionunun başı üzərindən uzaqlaşdıra bildi .

İran prezidenti vurğulayıb: BMT Təhlükəsizlik Şurasının 2231 saylı nüvə qətnaməsi bəzi ciddi çatışmazlıqlara rəğmən, İrana qarşı sanksiya qətnamələrinin ləğvi üçün bir əsas və mühüm bir dəyişiklik idi .

"İran xalqı Təhlükəsizlik Şurasının keçmişdəki fəaliyyətini insafdan uzaq bilir" deyən Ruhani, vurğulayıb: İran, İslam İnqilabının Böyük Rəhbərinin mühüm fitvası və öz müdafiə doktrinasına görə, əsla nüvə silahı istehsalı niyyətində olmayıb, buna görə, İrana qarşı sanksiya qətnamələri ədalətsiz və qanunsuz olublar .

İran prezidenti əlavə edib: Təhlükəsizlik Şurasının sanksiyaları, eləcə də bəzi ölkələrin birtərəfli sanksiyaları əsassız ittihamlar və illüziyalar əsasında tətbiq olunmuşdu və İran xalqına çətin bir şərait qəbul etdirdilər, amma bu sanksiyalar heç vaxt İranın seçdiyi siyasətdə və nüvə müzakirələri ilə rəftar tərzində təsirli olmadılar .

Ruhani söyləyib: İran nüvə müzakirələrində sübut etdi ki, masa üzərində məntiq, dəlil və əxlaq, eləcə də lazım olan təqdirdə, hər cür təcavüz qarşısında özü və maraqlarının qanuni və qətiyyətli müdafiəsindən başqa bir şey yoxdur və məhz bu siyasət səbəb oldu ki, Amerika sanksiya və təzyiqi kənara qoyub, müzakirə masasını seçsin .

İran prezidenti sonra deyib: Yeddi ölkə və Avropa Birliyi nüvə müzakirələrində böyük diplomatik sərmayə və zaman sərf etdilər və buna görə, onlar nüvə razılaşmasının qorunması və icrası üçün də əllərindən gələni etməlidirlər və tərəflərin öz öhdəliklərini yerinə yetirməyə sadiq qalmaları onun uğur qazanmasının ən əsas amilidir .

  • Yazılıb
  • da (də) 2015 Sep 29