Tarix : 2015 Oct 02
Kod 46533

Ali Məqamlı Rəhbər Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinə matəm mərasimi təşkil edəcək

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei, 12 mehr 1394-cü il, bazar günü günortadan sonra, Tehran şəhərində, Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinin anılması məqsədilə matəm mərasimi təşkil edəcək.”

AranNews- Ali Rəhbərlik Məqamı Baş İdarəsinin yaydığı elannamədə deyilir: “İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (12 mehr 1394-cü il, bazar günü) günortadan sonra, saat 15.30-dan 17.30-a qədər Tehran şəhərindəki İmam Xomeyni (r.ə) adına hüseyniyədə Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinin anılması məqsədilə matəm mərasimi təşkil edəcək. Eyni vaxtda müqəddəs Həzrət Məsumə (s.ə) hərəminin İmam Xomeyni (r.ə) adına salonunda da Ali Məqamlı Rəhbərin təşəbbüsü ilə analoji mərasim baş tutacaq”.
Qeyd edək ki, Mina hadisəsində ölənlərin ailəsinə başsağlığı verən Ayətullah Xamenei, Həcc mərasimi zamanı dünyasını dəyişmiş insanların cəsədlərinin vətənlərinə qaytarılması ilə bağlı Ərəbistan rejiminin lazımı əməkdaşlıq etmədiyini vurğulayıb.
Ali Lider baş verən hadisə ilə bağlı İslam ölkələrindən ibarət fakt araşdırıcı komissiyanın yaradılmasını tələb edərək, bildirib: “İran İslam Respublikası indiyə kimi İslam qardaşlığı və əxlaqına uyğun olaraq təmkinlə davranmağa çalışıb. Ancaq bilməlidirlər ki, bizim onlara reaksiyamız olduqca qəti və ciddi olacaq. Odur ki, əgər zərrə qədər bizim hacılara qarşı hörmətsizlik olarsa və yaxud Ərəbistan dünyasını dəyişmiş hacıların cəsədi ilə bağlı öz vəzifəsinə əməl etməzsə o zaman İranın reaksiyasını görəcəklər.”


  • Yazılıb
  • da (də) 2015 Oct 02