Tarix : 2015 Oct 04
Kod 46545

Mina faciəsi qurbanlarının İrana köçürülən cənazələrinin ümumi sayı 246-ya çatıb

Mina faciəsində həlak olanların cənazələrinin ikinci hissəsi də İrana çatib.

Arannews- 114 iranlı zəvvarın cənazəsi Mina faciəsi qurbanlarının cənazələrinin köçürülməsi əməliyyatının ikinci mərhələsində bu gün səhər Tehrana daxil olub .

bu cənazələrin Tehrana nəql olunması ilə, Mina faciəsi qurbanlarının İrana köçürülən cənazələrinin ümumi sayı 246-ya çatıb .

İranın səhiyyət, dərman və tibbi təhsil naziri Seyid Həsən Qazızadənin dediyinə görə, Mina faciəsində həyatını itirən digər zəvvarların cənazələri də cari həftənin sonuna kimi İrana köçürüləcək .

İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Əvhədi də iranlı zəvvarların cəsədlərinin kimliyini müəyyən etmək üçün, Ciddə hava limanına çıxışı olan Ciddə morqunun İranın ixtiyarına verilməsi ilə bağlı Ərəbistan rəsmiləri ilə anlaşmanın əldə olunmasından xəbər verib .

Əvhədi həmçinin deyib: Ərəbistanın Daxili İşlər Nazirliyi ilə əldə olunmuş anlaşmaya əsasən, Ciddə morqu sırf iranlı zəvvarların cəsədlərinin kimliyinin müəyyən edilməsi üçün ayrılıb. Bu da cəsədlərinin kimliyinin müəyyən edilməsi əməliyyatının sürətlənməsinə səbəb olub .

İran Minada baş vermiş faciə zamanı Həcc və Ziyarət Təşkilatının elan etdiyi məlumata əsasən 465 zəvvarını itirib. 218 iranlı zəvvarın cənazəsinin indiyə kimi İrana köçürülməsi ilə, iranlı zəvvarların cənazələrinin təqribən yarısı artıq vətənə gətirilib. Amma, iranlı zəvvarların cənazələrinin yarısı hələ də Ərəbistan morqlarında qalmaqdadır və hələ də onların kimliyi müəyyən edilməyib .

Əldə edilmiş anlaşmaya əsasən Ərəbistan morqlarında saxlanılan cəsədlər arasından iranlı zəvvarların cəsədlərinin müəyyən edilməsi əməliyyatı İranda davam etdirilsin .

24sentyabr 2015-ci il tarixində, Qurban bayramı günündə həcc zəvvarlarının Şeytanı Daşlama mərasiminin keçirildiyi məkana getdikləri zaman, Ərəbistan rəsmilərinin tədbirsizliyi üzündən minlərlə zəvvar həyatını itirdi .

  • Yazılıb
  • da (də) 2015 Oct 04