Tarix : 2015 Oct 04
Kod 46548

Mina faciəsində ərəbistanlı məmurların müqəssir olmalarının aydınlaşacağı halda, İran əsla bu məsələdən keçməyəcək

İran prezidenti: "İran İslam Respublikası Mina faciəsində əvvəl etik dildə danışdı. Sonra diplomatiya dilindən istifadə etdik. Amma əgər baş verən faciədə hər hansı bir Səudiyyə rəsmisinin əlinin olduğu aydınlaşarsa, lazım gələrsə İran İslam Respublikası öz güc dilindən də istifadə edəcək."

Arannews- İran Islam Respublikasinin prezidenti Həsən Ruhani şənbə günü səhər Tehranın Mehrabad hava limanında Mina faciəsində həlak olanların qarşılanması mərasimində bu faciənin səbəbinin araşdırılmasının vacibliyini vurğulayaraq bildirib ki, Mina hadisəsində ərəbistanlı məmurların müqəssir olmalarının aydınlaşacağı halda, İran əsla bu məsələdən keçməyəcək: "İran İslam Respublikası Mina faciəsində əvvəl etik dildə danışdı. Sonra diplomatiya dilindən istifadə etdik. Amma əgər baş verən faciədə hər hansı bir Səudiyyə rəsmisinin əlinin olduğu aydınlaşarsa, lazım gələrsə İran İslam Respublikası öz güc dilindən də istifadə edəcək."

  • Yazılıb
  • da (də) 2015 Oct 04