Tarix : 2015 Oct 09
Kod 46585

İran- Naxçıvan gömrük əməkdaşlığınin inkişafına təkid olundu

Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbağı Naxçıvana iki günlük səfəri çərçivəsində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Sədri Asəf Məmmədov ilə görüşüb.

Arannews- Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbağı Naxçıvana iki günlük səfəri çərçivəsində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Sədri Asəf Məmmədov ilə görüşüb müzakirə apardı. Müzakirə zamanı iki ölkə əhalisinin və yüklərin qarşılıqlı olaraq sadələşdirilmiş formada keçidinin təşkilinə təkid olundu .

Mühəndis Xadim Ərəbbağı Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına üzv olacağı üçün sevincini ifadə edərək dedi : İxracat sahəsində əlaqələrin inkişafı məqsədi ilə Naxçıvanda İran məhsulları anbarının yaradılması planlarımız arasındadır. Bu anbar məhsulların ixracatına, texniki mühəndislik xidmətlərinin göstərilməsinə və Azad Zonanın istehsallarına hədəfdə olan bazarlara çıxmasına köməklik göstərəcəkdir. İcraçı direktor keyfiyyətli məhsul və xarici bazarlara inteqrasiyanın Azad Zonanın şüarı olduğunu diqqətə çatdıraraq əlavə etdi ki : Azad Zonanın məhsullarının xarici bazarlarda tanıtdırılması üçün müvəqqəti və daimi sərgilərin təşkili vacib məsələdir .

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Sədri Asəf Məmmədov iki ölkə arasında son bir neçə ay ərzində inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edərək dedi : İranlı və Azərbaycanlıların gediş- gəlişi heç bir problemsiz yerinə yetirilir. İran məhsullarının Naxçıvan əhalisi tərəfindən sevildiyinə diqqət çəkən Komitə Sədri dedi: İranda istehsal olunan keyfiyyətli , standard və ucuz qiymətə olan məhsullar naxçıvanlıları onlardan istifadə etməyə sövq etmiş və onlar da gündəlik tələbatlarında İran məhsullarına üstünlük verirlər. İran məhsullarının idxalı həm dövlətə sərfəlidir və həmdə Çin məhsullarından daha yaxşıdır .

Asəf Məmmədov Naxçıvanda İran məhsullarının və İranda Naxçıvan məhsullarının sərgilərini təşkil etmək hər iki tərəf üçün fürsətdir və qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişafında müsbət rol oynayacaqdır .

 İran İslam Respublikasının Naxçıvan MR-dakı Baş Konsulu Mansour Airom da öz növbəsində Baş Konsulluğun Naxçıvanla İranın Şimalqərb regionları arasında gömrük maniələrinin aradan qaldırılmasının və gömrük əməkdaşlıqlarının genişləndirilməsinin vacibliyini vurğulayaraq dedi : Bu görüşlərdə müsbət təkliflər oldu ki, gələcəkdə gömrük əlaqələrinin inkişafına təsir edəcəkdir.


  • Yazılıb
  • da (də) 2015 Oct 09