Tarix : 2015 Oct 09
Kod 46586

İranla Naxçıvan Muxtar Respublikası arasında siyasi əlaqələrin inkişafı iqtisadi və ticari əlaqələrin parlaq gələcəyindən xəbər verir

İran, Naxçıvan və Azərbaycan Respublikasının əhalisi arasında mövcud olan müştərək dini və məzhəbi dəyərləri...
İranın Naxçıvandakı Baş Konsulluğunun proqramlarına əsasən Ağaye Möhsün Xadim Ərbbağınin başçılıq etdiyi Azad Zonanın iqtisadi və ticari heyəti Naxçıvana gəldikdən sonra naxçıvanlı məsul məqamlarla görüşlərin təşkilindən öncə Baş Konsulluğa iclas keçirildi. Ərəbbağı Baş Konsul Mansour Airomla naxçıvanla İran arasında ikitərəfli və çox tərəfli iqtisadi, sənaye, ticarət, universitet, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafına dair müzakirə və fikir mübadiləsi apardı.
İranın Naxçıvandakı Baş Konsulu Araz Azad Zonasının iqtisadi heyətini naxçıvvanda görməkdən məmnunluğunu ifadə edərək dedi : İran Baş Konsulluğunun əsas fəailiyyət istiqaməti İranla Naxçıvan arasında iqtisadi, sənaye və turizm əlaqələrini inkişaf etdirməkdən ibarətdir ki , bu sahədə qonşu vilayətlərin o cümlədən Araz Azad Ticarət və Sənaye Zonasının naxçıvanla əlaqələri genişləndirmək baxımından gözəl imkanları vardır və xüsusi əhəmiyyətə malikdir.
Mansour Airom dedi: Baş Konsulluq İran məhsullarını və texniki imkanlarını naxçıvanda tanıtdırmaqla bu məhsulların Naxçıvana ixracatının artırılmasına hazırdır. Baş Konsul İranlı və Naxçıvanlı sahibkarları bir-birləri ilə tanış etmək üçün çalışdığını diqqətə çatdırdı və dedi : İranla Naxçıvan Muxtar Respublikası arasında siyasi əlaqələrin inkişafı iqtisadi və ticari əlaqələrin parlaq gələcəyindən xəbər verir . Araz Azad Zonasıda öz imkanlarından, sənayesindən və investisiyasından istifadə etməklə bu sahədə mühümm rola malik ola bilər.
Ölkəmizin Naxçıvandakı Baş Konsulu təkid edərək dedi : tərəflərin imkanlarından səmərli istifadə olunduğu təqdirdə Naxçıvan, İranın Azərbaycan Respublikasına və MDB ölkələrinə giriş qapısı ola bilər.
Mühəndis Xadim Ərəbbağı də öz növbəsində sənaye, kənd təsərrüfatı və mədəniyyət imkanlarından istifadəni iki tərəfli əlaqələrin möhkəmlənməsində mühümm amil kimi vurğuladi, İran, Naxçıvan və Azərbaycan Respublikasının əhalisi arasında mövcud olan müştərək dini və məzhəbi dəyərləri diqqətə çatdıraraq dedi : Müştərək mədəni, incəsənət, idman yarışlarının və əl işlərindən ibarət və sənaye sərgilərinin təşkili əhalinin bir birlərini daha yaxşı tanımaqlarına və sahibkarların mövcud imkanlarla daha da yaxından tanış olmaqlarına şərait yaradacaqdır. Bu isə bütün sahələrdə möhkəm əlaqələrin yaranması deməkdir.
Araz Azad Zonasının rəsmi heyəti Naxçıvanlı məsul şəxslərlə görüşlər keçirdikdən sonra bird aha İranın Naxçıvandakı Baş Konsulluğuna gəlmiş , görüşlərin nəticələri barədə müzakirə və fikir mübadiləsi aparmışlar.

  • Yazılıb
  • da (də) 2015 Oct 09