Tarix : 2015 Oct 10
Kod 46593

Rusiya, Azərbaycanı Suriyada terrorizmə qarşı mübarizə koalisiyasına qoşulmağa dəvət edib

Rusiyanın yüksək çinli hərbi rəsmiləri MDB ölkələrini, o cümlədən vətəndaşları Suriyada terrorçulara qoşulmuş Azərbaycan Respublikasını Rusiyanın yaratdığı koalisiyaya qoşulmağa və terrorçulara qarşı mübarizəyə çağırdı.

Arannews- Bəşər Əsəd dövlətinin dəvətindən sonra Rusiya Suriyada terrorçulara qarşı hava hücumlarına başlayıb. Moskva rəsmiləri Surayada döyüşən terrrorçularının çoxunun Çeçenistan və Dağıstandan olduğunu bildiyi və sonradan onların Rusiya üçün təhlükəyə çevriləcəyini yaxşı başa düşdüyü üçün Dəməşqin dəvətinə dərhal müsbət cavab verdi və terrorçulara qarşı hərbi hava əməliyyatlarının başlanması göstərişini verdi. Rusiyanın yüksək çinli hərbi rəsmiləri MDB ölkələrini, o cümlədən vətəndaşları Suriyada terrorçulara qoşulmuş Azərbaycan Respublikasını Rusiyanın yaratdığı koalisiyaya qoşulmağa və terrorçulara qarşı mübarizəyə çağırdı. Azərbaycan dövləti Rusiya təyyarələrinin Azərbaycanın hava məkanından keçərək Suriyaya getməsinə razı olsa da hələ koalisiyaya qoşulmaq barədə bir qərara gəlməyib. Azərbaycanın anti-rus ekspertləri Suriyada terrurçulara qarşı əməliyyatlarda Bakının Moskva ilə hər növ əməkdaşlığını təhlükəli hesab edir və onu Azərbaycanın milli maraqları ilə zidd bilirlər. Moskvanın Bakını koalisiyaya qoşulmağa dəvət etməsindən sonra Azərbaycanın qərbyönümlü siyasi və hərbi ekspertləri, o cümlədən Ərəstun Orucov və Sülhəddin Əkbər dövlətin Rusiyanın təklifini qəbul etməməsini və koalisiyaya qoşulmamasını istəyiblər. Qərbyönümlü ekspertləri Rusiya təyyarələrinin Azərbaycanın hava məkanından keçərək Suriyaya getməsini tənqid edərək, Azərbaycanın bir tərəfdən qərb ölkələri, xüsusilə də Türkiyə ilə koalisiyada olduğunu, digər tərəfdən də 20% torpaqlarış işğal olduğu üçün onun azad olunmasına cəhd etməsinə təkid edirlər. Onlar hətta, hava məkanından Rusiya qırıcılarının keçməsinə icazə verilməməsini istəyirlər. Bu ekspertlərin fikrincə, Suriyada terrorçular əleyhinə mübarizədə Rusiya ilə əməkdaşlıq Azərbaycanın qərblə koalisiyasını pozacaq və ölkənin milli maraqlarına zərbə vuracaq .

Azərbaycanın qərbyönümlü ekspertləri Suriyadakı azəri terrorçularının ölkəyə qayıtdıqları surətdə Azərbaycanın milli təhlükəsizliyini təhdid edəcəyini etiraf etsələr də yenə Rusiyanın təklif etdiyi koalisiyaya qoşulmamağa təkid edirlər .

Suriyada daxili qarşıdurmalar başlandıqdan sonra Azərbaycan vətəndaşları Türkiyə İŞİD-ə qoşulmaq üçün ezam edildi. Azərbaycanlıların İŞİD terrorçu qruplarına qoşulmasının səbəbini Bakı dövlətinin Azərbaycanda azəri vəhabilərin fəaliyyətinə qabaqkı göz yummasında və səhlənkarlığında bilmək olar. Dövlət şiə islamçılarının fəalliyyətinin qarşısını almaq məqsədilə vəhabilərin ölkədə, xüsusilə də şimal bölgəsində və Rusiya ilə sərhəd rayonlarda təbliğatına göz yumdular və Səudiyyə Ərəbistanı və Kuveytin xeyriyyə adı ilə Azərbaycanda, təbliğlərinə mane olmadılar. Suriya hadisələrinin başlanması, maddi amillərin və Əlixan Musayev kimi bir sıra vəhabi rəhbərlərinin təbliğatları nəticəsində ölkə vətəndaşlarının Suriyaya ezam edilməsindən sonra Azərbaycan təhlükəsizlik orqanları başa düşdülər ki, Suriyada müharibə başa çatdıqdan sonra ora getmiş terrorçuların ölkəyə qayıtması Azərbaycanın təhlükəsizliyi üçün təhdidə çevriləcək. Ona görə də indi vəhabilərin hərəkətinin və dini ekstemizmin qarşısını almağa cəhd edirlər. Bu yönümdə artıq Azərbaycan-Suriya arasında gediş-gəliş edən bir neçə nəfəri həbs ediblər .

Azərbaycan dövləti öz hava məkanından Rusiyanın hərbi təyyarəlrinin Suriyaya getməsinə icazə versə də Rusiya ilə hərbi əməkdaşlığı davam etdirmək barədə qərara gələ bilmir. Bir tərəfdən ABŞ regionda olan müttəfiqlərindən istəmişdir ki, Ukraynada yaranmış vəziyyətə görə Rusiyanın hərbi təyyarələrinin öz hava məkanlarından keçməyə icazə verməsinlər. Azərbaycan da Türkiyə ilə strateji müttəfiq və Rusiyanın Suriyaya müdaxiləsini ciddi tənqid edənlərdəndir. Digər tərəfdən də Azərbaycan dövləti yaxşı başa düşür ki, Suriyadakı azəri terrorçular gələcəkdə Azəbaycanın milli təhlükəsizliyi üçün təhdiddir .

Belə nəzərə gəlir ki, Bakı dövləti qərb və Türkiyə ilə koalisiyada olmasına baxmayaraq, Suriyadakı azərbaycanlı terrorçuların gələcəkdə ölkənin milli təhlükəsizliyinə təhdid olacağını nəzərə alaraq məhdud surətdə də olsa Rusiya ilə əməkdaşlıq etməyə məcburdur .

  • Yazılıb
  • da (də) 2015 Oct 10