Tarix : 2015 Oct 11
Kod 46595

ABŞ analtiki Graham Fuller: İŞİD-in yaranmasına və güclənməsinə Səudiyyəlilər səbəb oldu

Ərəbistan həmişə anti-şiə qruplarını dəstəkləyib və təkfirçiləri gücləndiriblər.

Arannews- Graham Fuller, ABŞ-ın siyasi təhlilçisi, yazıçı və radikal islamçılıq üzrə ekspertdir. ABŞ MKİ Milli Kəşfiyyat Şurası başçısının sabiq köməkçisi və MKİ-nin Kabuldakı ofisinin sədri olmuşdur. O, 27 il ABŞ-ın Xarici İşlər Nazirliyində və Mərkəzi Kəşfiyyat İdarəsində fəaliyyət göstərmişdir. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri, Yaxın Şərqdə İslam fundamentalizmi və demokratiya problemi ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Fulleri İranda ən çox "Qibleyi-aləm; İran geosiyasəti" kitabı adı ilə tanınır.

Graham Fuller İranın "Diplomaq" jurnalına verdiyi müsahibəsində İŞİD ekstremizminin kökü, yaranması səbəbi və gələcək taleyi barədə söz açıb. Onun fikrincə, İŞİD-in formalaşmasının kökündə ABŞ-ın İraq əleyhinə müharibəsi birbaşa rol oynayır. Həmçinin, İŞİD-in beynəlxalq sistemdə uzunmüddətli yeri olmadığını deyib.

Graham Fullerlə müsahibənin davamı belədir:

- İŞİD-in formalaşması hardan qaynaqlanır?

- Uzun illər boyu qərb Yaxın Şərqdə islami millətçilərin müxalifəti ilə qarşılaşıb. Amma İŞİD terrorçu qrupunun yaranmasına birbaşa ABŞ-ın İraq əleyhinə müharibəsi və bu ölkənin təşkilatlarını məhv etməsi səbəb olmuşdur. İraqın işğal olunmasından sonra işlərini itirmiş Amerikaya qarşı acıqlı olan Bəəs partiyasının üzvləri və ordu zabitləri, habelə, İraqın yeni hökumətinin ədaləti icra edə bilməyəcəyini və yeni dövlətdə payları olmayacağını düşünən bir sıra sünnilər İŞİD-in yaranmasında əsas rol oynadılar. Həqiqətdə bütün bu məsələlər, İraqın Bəəs partiyasının komandirlərinin İŞİD-ə dəstəyi ilə baş tutmuşdur. 

- Deməli, həm daxili komponentlərin, həm də xarici müdaxilələrin İŞİD-in yaranmasında təsiri olmuşdur?

- Bəli, bütün qeyd olunan göstəricilərin bu mövzuda öz payı vardır. Amerikanın İraqa qarşı müharibəsi bir tərəfdən, İraq və Suriyanın da daxili komponentləri digər tərəfdən. Bu günləri İraqın siyasi problemlərini göstərən ölkə hadisələri, Suriyaya hakim olmuş daxili siyasi iğtişaşlar əl-ələ verərək İŞİD-i gücləndirirlər.

- Siz öz məqalələrinizdə həmişə Səudiyyə Ərəbistanını təkfirçi terrorçuların əsas dəstəkçisi adlandırırsınız. Regionda və dünyda terrorçuların əsasən Ərəbistandan qaynaqlandığına inanırsınızmı?

- İŞİD dünyanın bir çöx ölkələrindən qüvvə cəlb etmişdir. Lakin, Ərəbistanın İŞİD-i birbaşa dəstəkləməsini düşünmürəm. Mənə elə gəlir ki, Ərəbistan İŞİD-i özü üşün bir təhdid hesab edir. Bunun nümunəsi bir neçə həftə bundan qabaq Ərəbistanın şiələr yaşayan məntəqədə bomba partladılmasıdır. Səudiyyəlilərlə problem əsasən, həmişə vəhabi, sələfi ideologiyasını yaymaqda, İslamı birtərəfli və məhdud izah etməyindədir. Onlar təkfirçi, firqəçi və anti-şiədirlər. Səudiyyə Ərəbistanının ərəb mənəqəsində, İslam ölkələrində və dünyada vəhabiləri ənənəvi dəstəkləməsi təkfirçilərin və İŞİD kimi döyüşçülərin güclənməsinə səbəb olur.

- Dediklərinizə diqqət etməklə, İŞİD-in formalaşmasında Ərəbistanın nə qədər rolu olmuşdur?

- Mənim fikrimcə, İŞİD-in yaranmasında Ərəbistanın birbaşa rolu olmamışdır. Amma belə inanıram ki, onlar həmişə anti-şiə qruplarını dəstəkləyib və təkfirçiləri gücləndiriblər. Bununla belə Ərəbistanı İŞİD-in yaradıcısı hesab etmirəm.

- Yəni, sizin fikrinizcə, Ərəbistanın qeyri-müstəqim surətədə İŞİD-in yaranmasında rolu olmuşdur?

- İŞİD-in ideologiyası vəhabilərə və Səudiyyəlilərə çox yaxındır. Üstəlik, Ərəbistan öz məqsədlərinə çatmaq üçün terrorçu qrupları çox dəstəkləmişdir. Sovetlər Birliyi zamanında Əfqanıstanda iştirakı bunun nümunələrindəndir. Ona görə də cihadçı dəstələrin himayəsində Ərəbistanın qədim tarixi var.

Mən belə inanıram ki, bu dəstəklərin bəziləri İŞİD-in yaranmasında təsirli olmuşdur. Əlbəttə, eyni halda düşünürəm ki, Səudiyyəlilərin əsas qəsdi və siyasəti İŞİD-i yaratmaq olmamışdır. İŞİD-in zühur etməsinin öz xüsisi dəlilləri vardır.

- Bu dəlillər barədə geniş izah verirsinizmi?

- İraqda Səddamın devrilməsi, Suriyada daxili çaxnaşmalar, sünnilərin İraqın şiə dövlətindən məyus olmaları. Əlbəttə, mən İraqda əksər səs toplayaraq şiələrin hökumət başına gəlmələrinə sevinirəm və bunu yaxşı hadisə hesab edirəm.

  • Yazılıb
  • da (də) 2015 Oct 11