Sionist Rejim son 60 il müddətində ardı arası kəsilmədən müsəlman və günahsız Fələstin xalqını qırğın etmişdir
Azerbaijan Servisi/Aran Agentliyi
Azərbaycan Respublikası xalqının Sionist Rejimlə üzdən iraq dostluq xiyabanının açılmasına qarşı etirazları yeni mərhələyə daxil olmuşdur .
Dəyərlər Xəbər Agentliyinin məlumatına görə gənclərin elmi-mədəni inkişafı birliyi və müasir siyasətçilər mərkəzinin üzvləri çərşənbə axşamı günü piket keçirərək Laçinin işğal olunmasının ildönümü günündə işğalçı Sionist Rejimlə üzdən iraq dostluq xiyabanının açılışı tədbirinin keçirilməsini pisləmişlər .
Gənclərin elmi-mədəni inkişafı birliyinin fəal üzvlərindən olan Sərdar Yusifoğlu həmin piketdə çıxış edərək deyib : Sionist Rejim son 60 il müddətində ardı arası kəsilmədən müsəlman və günahsız Fələstin xalqını qırğın etmişdir .
Sözü gedən etiraz aksiyasında iştirak edənlər Sionist Rejimin Fələstin xalqına qarşı cinayətlərini əks etdirən fotoşəkilləri tamaşaya qoyaraq cinayətkar və qəsbkarlla dostluğun qəbahəti üzərində təkid etmişlər .
Qeyd edək ki , sözü gedən üzdən iraq dostluq xiyabanının açılmış tədbirinin mayın 8-də keçiriləcəyi qərara alınmışdı. Lakin respublikanın mömin əhalisinin kəskin etirazları nəticəsində rəsmi Bakı sözü gedən tədbiri ləğv etməyə məcbur oldu. Bunun ardınca Sionist Rejimin Bakıdakı səfirliyi həmin tədbirin mayın 18-də keçiriləcəyini bildirib .
Müşahidəçilərin fikrincə xalqın geniş etirazları sözü gedən tədbiri çətinliklərlə üzləşdirəcək.