Tarix : 2015 Oct 17
Kod 46646

Rusiya: S-300 raketlərini İrana verməyə hazırıq

Rusiyanın xarici işlər nazirinin müavini "S-300" raket-zenit komplekslərini İrana təhvil vermək üçün lazım olan hazırlıq işlərinin başa çatmasını xəbər verməklə yanaşı bir neçə aydan sonra "Fordu" nüvə obyektinin tikintisi barədə müzakirələrin başlayacağını açıqlayıb.

AranNews - Redaksiyamızın "Medolist Manitor"a istinadla verdiyi məlumata görə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Riyabkov "S-300" raket-zenit komplekslərini İrana təhvil vermək üçün lazım olan hazırlıq işlərinin uğurla başa çatmasını bildirib.

S. Riyabkov mətbuat konfransında deyib: "Bu mövzu ilə bağlı sənəd və digər bütün məsələlər artıq öz həllini tapmışdır. Raketlərin təhvili üçün hazırlıq prosesləri də tamamlanmışdır. Bunun üçün artıq heç bir maneə görmürük. Lakin, təhvil zamanını bu işdə birbaşa iştirak edənlər təyin etməlidirlər".

O, artırıb: "İranın Fordu məntəqəsində nüvə obyektinin tikintisi barədə müzakirələr də bir neçə aydan sonra başlanacaqdır. Bu müzakirələrin çox həssas müqəddimə mərhələlərinə ehtiyacı vardır və altılıq qrupunun da bu mövzudan xəbəri vardır".

Rusiyanın İrana S-300 raketlərinin satışı üzrə müqavilə 2007-ci ildə imzalandı. Bu müqaviləyə əsasən, Rusiya İranla 800 milyon dollar dəyərində 5 ədəd "S-300" raket-zenit kompleksini verməli idi. Rəsmi Moskva 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının İranın sülhməramlı nüvə proqramını bəhanə edərək İrana silah satışının dayandırılmasına dair qətnaməsindən sonra bu müqavilənin icrasını dayandırdı.Tehran isə müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Rusiyanı Cenevrə Beynəlxalq Məhkəməsinə verib və 4 milyard dollar kompensasiya tələb etdi. Rusiya Prezidenti Vladimir Putin də bu il aprelin 13-də İrana S-300-lərin çatdırılmasına qadağanın aradan qaldırılmasına dair fərmanı imzaladı.

Qeyd edək ki, "S-300" raketləri 30 km hündürlükdə və 150 km fasilədə uçan təyyarələri məhv etməyə qadirdir. Həmçinin, 100 hədəfi eyni zamanda izləyə bilir.

  • Yazılıb
  • da (də) 2015 Oct 17