Tarix : 2015 Oct 17
Kod 46654

Azərbaycan Respublikasinda “İran layihəsi” adlı sərgi keçiriləcək

11-13 noyabrda baş tutacaq sərginin məqsədi İranın qeyri-neft ixracını inkişaf etdirməkdir.

AranNews - Bakıda “İran layihəsi” adı altında İranın neft, qaz, neft-kimya, su, elektrik, tikinti sənayesi, o cümlədən texniki və mühəndislik xidməti üzrə ixtisaslaşmış ilk sərgi keçiriləcək.

11-13 noyabrda baş tutacaq sərginin məqsədi İranın qeyri-neft ixracını inkişaf etdirməkdir. Bu barədə İranın Kommersiya, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatasının yaydığı məlumatda bildirirlir.

İran Gömrük Administrasiyasının yaydığı məlumata görə, 21 mart və 22 sentyabr tarixlərini əhatə edən İran təqvim ilinin ilk yarısında Azərbaycan bu ölkənin qeyri-neft məhsullarını idxal edən dövlətlərin sırasında 12-ci olub. Altı ayda İran 132.835 milyon dollar dəyərində qeyri-neft məhsulunu Azərbaycana ixrac edib və Azərbaycandan 10.720 milyon dollar dəyərində qeyri-neft məhsulu idxal edib .

  • Yazılıb
  • da (də) 2015 Oct 17