Tarix : 2015 Oct 20
Kod 46675

İranın üzərindən sanksiyaların götürülməsi Azərbaycana cənub qonşusu ilə xarici ticarət və investisiyaların artmasından fayda götürməyə imkan verə bilərdi

Azərbaycanın valyuta ehtiyatlarının yüksək səviyyəsi neftin qiymətlərinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirinin yumşalması üçün…

Arannews- İranın nüvə proqramına dair saziş neftin qiymətinin ucuzlaşması səbəbindən iqtisadiyyata təzyiqlə əlaqədar Azərbaycanın itkiləri qismən kompensasiya edə bilər. Bu barədə “Moody`s Investors Service” agentliyinin Azərbaycanın valyuta aktivlərinin qiymətləndirilməsinə dair hesabatında qeyd olunur .

İranın dünyanın neft bazarlarına qayıtması ilə əlaqədar neft tədarükünün artımı gözlənilir ki, bu da 2016-cı ildə qiymətlərin azalmasına öz təsirini göstərəcək. Lakin, İranın üzərindən sanksiyaların götürülməsi Azərbaycana cənub qonşusu ilə xarici ticarət və investisiyaların artmasından fayda götürməyə imkan verə bilərdi”, - deyə hesabatda qeyd olunur .

Hesabata əsasən, Azərbaycanın valyuta ehtiyatlarının yüksək səviyyəsi neftin qiymətlərinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirinin yumşalması üçün böyük bufer yaradır. Neftin qiymətlərinin ucuzlaşması neftdən asılı olan Azərbaycan iqtisadiyyatını artıq şoka salıb və dövlətin tədiyyə balanasına təsir edib. “Buna baxmayaraq, valyuta ehtiyatlarının böyük həcmi (2015-ci ilin birinci yarısının sonuna təxminən $42 mlrd. həcmində) ölkə iqtisadiyyatına neftin qiymətlərinin daha da ucuz olmasına uyğunlaşmağa vaxt verib”, - deyə hesabatda deyilir .

Agentliyin rəyinə əsasən, son on il ərzində əldə olunmuş mühüm neft gəlirləri dövlətə ümumi xarici borcu aşağı səviyyədə saxlamağa və Mərkəzi Bank və Dövlət Neft Fondunda iri valyuta ehtiyatları toplamağa imkan yaradıb .

 “Buna baxmayaraq, Azərbaycan karbohidrogendən çox asılı olaraq qalır və beləliklə, neftin qiymətinin gələcəkdə ucuzlaşması potensialına qarşı həssas olmaqda davam edir”, deyə hesabatda qeyd edilir.

  • Yazılıb
  • da (də) 2015 Oct 20
  • Göndərən مدير سايت Aran News
Açar sözlər