Tarix : 2015 Oct 20
Kod 46676

Türkmənistan istiqamətində situasiya pisləşməkdədir

Əfqanıstan ərazisindən İŞİD qruplaşmasına məxsus yaraqlılar Türkmənistanın sərhədyanı yaşayış məntəqələrindən bir neçəsini ələ keçirib

Arannews- Rusiyalı politoloq Aleksandr Knyazev “Nezavisimaya qazeta”da yazıb ki, Əfqanıstan ərazisindən “İslam Dövləti” (İŞİD) qruplaşmasına məxsus yaraqlılar Türkmənistanın sərhədyanı yaşayış məntəqələrindən bir neçəsini ələ keçirib .

Şahidlərin bildirdiyinə görə, Türkmənistanın Marı şəhərinə hər gün sərhəddə həlak olan hərbçilərin cəsədləri daşınır. Marı aerodroumundan hərbi aviasiyanın sərhədə doğru intensiv uçuşları müşahidə olunur. Ümumiyyətlə, Türkmənistan istiqamətində situasiya pisləşməkdədir”- deyə Knyazev yazır .

Türkmənistan İŞİD təhdidinə qarşı müttəfiq axtarır və özünün neytral statusundan imtina etməyə hazırlaşır .

Lakin ehtimal olunur ki, bu təhdidə qarşı Aşqabad Rusiya ilə yox, ABŞ-dan kömək istəyi nəzərdən keçirir. Belə ki, bu günlərdə prezident Qurbanqulu Berdıməhəmmədovun tapşırığı ilə xarici işlər naziri Rəşid Meredov Vaşinqtona uçub .

Qazaxıstandakı MDB sammitinə isə Berdıməhəmmədov daha aşağı ranqlı məmuru - baş nazirin müavinini və xarici işlər nazirinin müavinini göndərib .

Rusiyalı politoloq deyir ki, elə bu fakt Aşqabadın müttəfiq kimi kimi seçdiyini göstərir .

 

Digər rusiyalı politoloq Arkadi Dubnov isə hesab edir ki, Aşqabad Rusiyanın Xəzərdən onunla razılaşdırmadan Suriyaya raket zərbələri endirməsindən narazıdır .

Digər tərəfdən, Rusiya Türkmənistan qazının Transxəzər marşrutu ilə Avropaya və TAPİ marşrutu ilə Əfqanıstan, Pakistan və Hindistana nəqlinə imkan vermək istəmir. Vaşinqton isə hər iki layihədə Türkmənistanın tərəfindədir .

Maraqlıdır ki, Aşqabadın özündə Əfqanıstanla sərhəddə döyüşlərin getdiyini təsdiqləmirlər .

Nə İŞİD? Nə “Taliban”? Bizdə Türkmənistanda bu haqda heç nə məlum deyil”- deyə Aşqabaddakı mənbə “Rosbalt”a bildirib .

Həmçinin Türkmənistan XİN Qazaxıstana rəsmi etiraz notası göndərərək bildirib ki, oktyabrın 15-də Astanadakı MDB sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Mərkəzi Asiyada təhlükəsizliklə bağlı situasiyadan danışarkən “guya Türkmənistan sərhədində hansısa insidentlərin baş verdiyini” bildirməsindən narazılıq ifadə edib .

 “Türkmən tərəfi Qazaxıstanın mövcud vəziyyətə uyğun olmayan bu bəyanatlarından olduqca narahatdır”-notada bildirilir .

Belə görünür ki, Aşqabad Əfqanıstanla sərhəddə baş verənləri təkcə dünya ictimaiyyətindən deyil, öz vətəndaşlarından da gizlədir. Belə ki, Rusiya və Orta Asiya KİV-lərində Əfqanıstan-Türkmənistan sərhədində döyüşlərin getdiyinə dair xəbərlərin yayılmasından sonra Aşqabad həmin saytlara girişi bağlayıb .

Həmçinin xüsusi xidmət əməkdaşlarının nəzarəti altında çoxmərtəbəli binalardan peyk antenalarını sökməyə başlayıblar. Həmçinin əmək kollektivlərində işçilərə başa salınır ki, “antihökumət saytlarına” girməsinlər.

  • Yazılıb
  • da (də) 2015 Oct 20
  • Göndərən مدير سايت Aran News
Açar sözlər