dünya bazarında metanolun qiymətinin aşağı düşməsinə görə mövcud müqavilədə nəzərdə tutulan qiymətlə "Qazprom" şirkətindən qazın alınması zavod üçün sərfəli deyil.
  Arannews-  AzMeCo (Azərbaycan metanol zavodu) Rusiyanın "Qazprom" şirkətindən qazın alınmasını dayandırıb  .
 AzMeCo-dan verilən məlumata görə, dünya bazarında metanolun qiymətinin aşağı düşməsinə görə mövcud müqavilədə nəzərdə tutulan qiymətlə "Qazprom" şirkətindən qazın alınması zavod üçün sərfəli deyil  .
   "Mövcud qiymətlərlə qazın alınmasına davam etmək, istehsalın zərərlə işləməsinə səbəb olur, ona görə də "Qazprom" şirkətindən qazın alınmasını dayandırmaq haqqında qərar qəbul olunub" - AzMeCo-dan bildirilib  .
 Müqavilənin qüvvədə olduğu vaxt ərzində AzMeCo 100 milyon kubmetrdən çox qaz alıb  .
 Qeyd edək ki, bu il sentyabrın 11-də AzMeCo Rusiyanın "Qazprom Export" şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, "Qazprom" AzMeCo-ya ildə 2 milyard kubmetr həcmində qaz satmalı idi. "Qazprom"un satacağı bu təbii qaz Qaradağ metanol zavodunun tam gücü ilə işləməsini 100% təmin edəcəkdi  .
 AzMeCo 2007-ci ildə yaradılıb və 2013-ci ilin dekabrında istismara verilib. Zavodun istehsal gücü ildə 720 min ton təşkil edir  .