Tarix : 2015 Oct 21
Kod 46679

Şərqi Azərbaycan Vilayətinin Valisi Naxçıvan MR-na səfər edib

iqtisadi və siyasi heyətə başçılıq edən Şərqi Azərbaycan Valisi İsmayıl Cabbarzadə Naxçıvan MR –nın ali məqamları ilə görüşüb müzakirələr aparmaq məqsədi ilə Naxçıvan MR-na səfər edib.

Arannews- İqtisadi və siyasi heyətə başçılıq edən Şərqi Azərbaycan Valisi İsmayıl Cabbarzadə Naxçıvan MR –nın ali məqamları ilə görüşüb müzakirələr aparmaq məqsədi ilə Naxçıvan MR-na səfər edib.

İran İslam Respublikasının Culfa gömrüyündə fəxri qarovulun önündən keçən Vali Naxçıvana daxil oldu. Naxçıvan torpağına qədəm qoyan Şərqi Azərbaycan Vilayətinin heyət üzvləri İranı İslam Respublikasının Naxçıvandakı Baş Konsulu Mansour Airom, Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulu Əli Əlizadə, Culfa rayon İcra Hakimiyyətinin Başçısı Şükür Babayev , Culfa gömrük keçid məntəqəsinin rəisi Bəhruz Mədədli və Culfa keçid məntəqəsinin sərhəd dəstəsinin komandiri Əfqan müəllim tərəfindən Naxçıvan MR Culfa keçid məntəqəsində qarşılandılar.

Valiliyin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbistəri, Təbriz Ticarət, Sənaye və Mədən palatasının rəisi Səməd Həsənzadə və Təbriz Tibb Elmləri Universitetinin Rektoru Məhəmməd Hüseyin Somi səfər çərçivəsində Valini müşayiət etdilər.

  • Yazılıb
  • da (də) 2015 Oct 21
  • Göndərən مدير سايت Aran News