Tarix : 2015 Oct 22
Kod 46680

Müsavat Partiyası İlqar Məmmədova fiziki zorakılıq edilməsilə bağlı bəyanat yayıb

Müəlliflər siyasi sifariş əsasında həbs edilən İ.Məmmədova qarşı təzyiqlərə son qoyulmasını, ona qarşı qanunsuzluqlara yol verən və buna şərait yaradan şəxslərin məsuliyyətə cəlb olunmasını, İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edirlər.

Arannews- Müsavat Partiyası REAL Hərəkatının sədri, həbsdə olan İlqar Məmmədova fiziki zorakılıq edilməsilə bağlı bəyanat yayıb

Sənəddə bildirilir ki, 2 saylı həbsxanada saxlanılan İ.Məmmədova qarşı zorakılıq törədilib. Müəlliflər vəkilə isnadən həbsxana  rəhbərliyinin göstərişi və təşkilatçılığı ilə İ.Məmmədovun döyüldüyünü bildiriblər .

Sənəddə İ.Məmmədovun “İsmayıllı işi” ilə bağlı günahsız həbs edilməsinin yerli və beynəlxalq ictimaiyyətə tam aydın olduğu vurğulanır.  Avropa məhkəməsinin onun dərhal azad olunması barədə qərarının olduğu xatırladılır .

Müəlliflər siyasi sifariş əsasında həbs edilən İ.Məmmədova qarşı təzyiqlərə son qoyulmasını, ona qarşı qanunsuzluqlara yol verən və buna şərait yaradan şəxslərin məsuliyyətə cəlb olunmasını,  İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edirlər .

  • Yazılıb
  • da (də) 2015 Oct 22
  • Göndərən مدير سايت Aran News