həmsədrlər regiona səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri il görüşərək onları növbəti sammitə hazırlamaq niyyətindədirlər.
Arannews- ATƏT-in Mİnsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya) gələn həftə regiona səfərə gələcəklər. Bu haqda Ermənistan mediasına ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan məlumat verib .
Onun sözlərinə görə, həmsədrlər Yerevana oktyabrın 26-da gələcəklər.
Bundan əvvəl ABŞ-dan olan həmsədr Ceyms Uorlik deyib ki, həmsədrlər regiona səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri il görüşərək onları növbəti sammitə hazırlamaq niyyətindədirlər .