Dövlət büdcəsinin xərcləri 2015-ci illə müqayisədə 22,9%, 2014-cü il ilə müqayisədə isə 13,07% azalacaq.
Arannews- Azərbaycan Respublikasinin Milli Məclisi 2016-cı il dövlət büdcəsini təsdiq edib.
Qəbul edilmiş sənədə əsasən, 2016-cı il üçün Azərbaycan büdcəsinin gəlirləri 14,566 milyard manat ölçüsündə proqnozlaşdırılır ki, bu da ÜDM-in 25,2%-ni təşkil edəcək (ÜDM həcmi 57,7 milyard manat olaraq proqnozlaşdırılır.)
Dövlət büdcəsinin xərcləri 16,264 milyard manat və ya ÜDM-ə nisbətdə 28,2% təşkil edəcək .
2016 -cı il büdcəsinin defisiti 1698 milyon manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır .
2015 -ci il üçün gözlənilən göstərici ilə müqayisədə büdcə gəlirləri 25,1%, 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə 20,84% azalacaq .
Dövlət büdcəsinin xərcləri 2015-ci illə müqayisədə 22,9%, 2014-cü il ilə müqayisədə isə 13,07% azalacaq .
Dövlət büdcəsinin yekun variantında məcburi köçkünlərə yardımlar 50% (150 milyon manat) artırılıb .
Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, bu məqsədlə əlavə xərclər Dövlət Neft Fondundan transfertlər hesabına təmin ediləcək .
Büdcə göstəriciləri neftin bir bareli 50 dollar və manatın dollara qarşı məzənnəsi 1,05 səviyyəsində nəzərə alınmaqla tərtib edilib .
Parlament həmçinin 2016-cı il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təsdiq edib.