Tarix : 2015 Oct 21
Kod 46684

Şərqi Azərbaycan Valisi və Naxçıvan MR Ali Məclisinin Sədri ikitərəfli əlaqələrin inkişafına təkid etdilər

ikitərəfli əməkdaşlıq üçün heç bir məhdudiyyət yoxdur və hər iki tərəf bütün sahələrdə əməkdalıq edə bilərlər.

Arannews- Şərqi Azərbaycan Valisi İsmayıl Cabbarzadə 19.10.2015-ci il tarixdə bazar ertəsi günü Bakıya səfəri çərçivəsində Naxçıvana gəlmiş , Culfa gömrük keçid məntəqəsində İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulu , Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulu, Naxçıvan MR-nın Culfa rayon İcra Başçısı, Culfa gömrüyünün rəisi və Culfa sərhəd dəstəsinin komandiri tərəfindən qarşılandı. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovla görüşərək səfər proqramını başlayan Şərqi Azərbaycan Valisi Bakıya səfəri çərçivəsində Naxçıvana gəldiyini bildirmiş, aidiyyatı məsələlər üzrə və həmçinin Ali Məclis Sədrinin cari ilin iyun ayındakı Təbriz səfərində aparılmış müzakirələrin davam etdirilməsi və fikir mübadiləsi aparmaq üçün burda olduğunu diqqətə çatdırmışdır. Şərqi Azərbaycan Valisi çıxışının davamında iqtisadi və ticarəi əlaqələrin inkişafına, Naxçıvanın tranzit imkanlarından yararlanmaqla məhsulların o cümlədən kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrə ixracatına dair fikirlərini bildirmiş və təkid etmişdir. Onun sözlərinə görə ikitərəfli əməkdaşlıq üçün heç bir məhdudiyyət yoxdur və hər iki tərəf bütün sahələrdə əməkdalıq edə bilərlər. Müştərək işləməklə ixracatı artırmaqda məhz fəailiyyət sahələrindən biridir .

Ali Məclisin Sədri Vasif Talıbovda öz növbəsində əməkdaşlığın gedişatından razılıq etmiş, İranın ətraf bölgələri o cümlədən Şərqi və Qərbi Azərbaycan Vilayətləri ilə nəqliyyat, ixracat, idxal və dərman ( səhiyyə ) sahələrində əməkdaşlığa marağını bildirmişdir. O, iki tərəf arasında artan iqtisadi və ticari heyətlərin qarşılıqlı səfərlərini, iqtisadi və mədəniyyət sərgilərinin təşkilini iki tərəfli əməkdaşlığı möhkəmləndirən amillərdən hesab etdiyini bildirmişdir. Ali Məclisin Sədri görüşün sonunda Şərqi Azərbaycan Valisini Naxçıvana rəsmi səfərə dəvət etdi .

Şərqi Azərbaycan Valisi Təbriz Ticarət Palatasının rəhbəri ilə birlikdə Naxçıvan

Biznes Mərkəzi″-ndən baxış keçirdi. Naxçıvan MR İqtisadiyyat və Sənaye Naziri ilə Biznes Mərkəzində görüşən Vali iki tərəfli iqtisadi və ticari əlaqələrin inkiaf etdirilməsinə dair müzakirələr apardı .

İsamyıl Cabbarzadə Təbriz Tibb Elmləri Universitetinin Rektorunun da müşayiəti ilə Naxçıvan Dövlət və ″ Naxçıvan″ Universitetlərindən baxış keçirdi. Baxış zamanı Universitetlərin rektorları ilə müzakirələr aparan Vali müştərək əməkdaşlığa və Naxçıvan universiteti ilə Təbriz Universitetinin müştərək elmi jurnalın çap etdirilməsini təklif etdi .

Naxçıvan Diyaqnostika mərkəzinə ilə tanış olan Vali Naxçıvan MR Səhiyyə Naziri ilə görüşüb səhəiyyə və dərman sahəsində əməkdaşlığa dair müzakirələr apardı .

Sonda Naxçıvan MR Ali Məclis Sədrinin Birinici Müavini Şərqi Azərbaycan Valisinin Bakıya yola saldı .

  • Yazılıb
  • da (də) 2015 Oct 21
  • Göndərən مدير سايت Aran News
Açar sözlər