Rusiyanın "Zarubejneft" şirkəti İranın Milli  Neft şirkəti ilə Xəzərdə birgə neft yataqlarının işlənməsinə dair təkliflər irəli sürüb.
  Arannews- Xəzər dənizinin neft və qaz yataqlarının işlənməsində İranın bir sıra Rusiya şirkətlərilə əməkdaşlıq etməsi məsələsi iki ölkənin Birgə İqtisadi Komissiyasında müzakirə edilib  .
 iki ölkənin nazirlərinin və Rusiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə Tehranda keçirilən İran- Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iki ölkənin kommersiya mallarının mübadiləsinin həcminin nəzərə çarpacaq dərəcədə artırılması qərara alınıb  .
 Rusiyanın Enrgetika naziri Aleksandr Novakın və bir neçə Rusiya şirkəti iştirak etdiyi həmin iclasda dəyəri 4 milyard dollardan artıq olan müqavilələrin tərtib edilməsi məsələsi razılaşdırılıb  . 
 Komissiyanın iclasında, Xəzər dənizinin neft və qaz yataqlarının işlənməsində İranın bir sıra Rusiya şirkətlərilə əməkdaşlıq etməsi məsələsi haqqında da danışıqlar aparıldıb.  İranın rabitə və informasiya texnologiya naziri və İran-Rusiya dövlətlərarası komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi İran nümayəndə heyəti də neft-qaz sənayesi layihələrində iştirak və əməkdaşlıq etmək üçün bütün xarici neft şirkətləri, o cümlədən Rusiya şirkətləri ilə müzakirələr aparmağa hazır olduqlarını bildirib  . 
 Məlumatda bildirlir ki, Rusiyanın "Zarubejneft" şirkəti İranın Milli  Neft şirkəti ilə Xəzərdə birgə neft yataqlarının işlənməsinə dair təkliflər irəli sürüb.