Tarix : 2015 Oct 23
Kod 46689

Aşura, İran islam inqilabının başlanğıcı idi

Məsləhət şurasının üzvü bildirib: İran islam inqilabı, aşurada başladı və Aşurada da qələbə çaldı.
AranNews- bu sözləri, Hüseyn ibn Əli hüseyniyyəsində aşuranın İran islam inqilabındakı rolu movzusunda təşkil olmuş seminarda Höccətul-islam Natiq nuri  deyib. O, söhbətinin davamında vurğulayıb: Azadlıq meydanında təşkil olunan böyük tasua və aşura yürüşləri, bu inqilabda əvəzsiz rola malik idi və Huseyn ibn Əli (ə) bu inqilabın müvəffəq olmasının əsas amilidir.
Daha sonra Natiq Nuri qeyd etdi: Pəhləvi rejiminin məmurları, imam Sadiq (ə)-ın şəhadəti günündə, yəni mübarək ramazan ayından 25 gün sonra, şəhadət günündə deyilən rövzələrin qarşısını almaq üçün Feyziyyə mədrəsəsinə hücum çəkərək bir neçə dənə ruhani tələbələri şəhid etdilər və dini kitabları yandırdılar.
Natiq Nuri söhbətinin davaminda onu da vurğuladı ki, İmam Xomeyni (ra) ramazan və məhərrəm aylarının yaratdığı fürsətlərdən istifadə edərək, tələbələrə  şah rejiminin islama etdiyi zülmlərini xalqa çatdırmaq  göstərişi vermişdir. Bu faciədən sonra bir neçə müddət sonra, imam Xomeyni (ra) tələbələrə, aşura günü  feyziyyə mədrəsəsinə gələrək həmin faciədə şəhid olanların qəbrləri üstündə fatihə oxumalarını tapşırır. Elə həmin gün, İmam Xomeyni öz tarixi xütbəsini etdi və şaha xitabən buyurdu: "Elə etmə ki, səni millətin əli ilə ölkədən qovdurum".
  • Yazılıb
  • da (də) 2015 Oct 23
  • Göndərən مدير سايت Aran News