Ayətullah Xameneinin rəsmi saytı, ali məqamlı rəhbərin məhərrəm ayı əzadarlığı barəsində dediyi 20 cümləni nəşr edib.
Aran xəbər agentliyinin Ayətullah Xameneinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sayt ali məqamlı rəhbərin məhərrəm ayı əzadarlığı barəsində dediyi 20 cümləni nəşr ediblər. Biz də öz növbəmizdə onlardan seçmələri oxucuların ixtiyarına qoyuruq:
1. Huseyn ibn Əli (ə)-ın bu ümmətə dərsi budur ki, ədalət naminə, ədaləti bərpa etmək və zülmlə üz-üzə durmaq üçün həmişə hazırlıqlı olmaq və öz varlığını meydana göstərmək lazımdır. O həddə və o miqyasda əməl etmək, mənim və sənin işin deyil. Amma vəziyyətimiz, bacarığımız və şəraitimiz həddində niyə də olmasın? Dərs almalıyıq. 12.06.2013
2. Ən böyük nemətlərdən biri də, Hüseyn ibn Əli (ə)-ıın xatirəsini yad etməkdir. Yəni əza məclisi, məhərrəm və aşura neməti biz şiə camiəsi üçündür. 07.06.1994
3. İslam ümməti və islam camiyəsi dərs, ibrət və bayraq olan Aşura hadisəsini nəzərdəndən qaçırtmamalıdır. İslam, aşura və Huseyn ibn Əli (ə) ilə yaşayır. 21.11.2012
4. Əgər birililəri canının qorumaq üçün Allah buyurduğu yolu tərk edərsə, haqqı deməli olduğu halda deməsə və səbəbi də bu olsa ki, canı, məqamı, işi, pulu təhlükə altına düşür və ya övlada, ailəyə və yaxınlara olan məhəbbəti üzündən Allah yolundan dönürsə, o vaxt Hüseyn ibn Əlilər Kərbəla qətlgahına məkiləcək və şəhid ediləcəklər. 09.06.1996
5. Əgər Hüseyn ibn Əli (ə)-ın tarixin vicdanını oyadan fədakarlığı olmasaydı, hicrətin 1-ci əsri və ya ikinci əsrin ilk yarısında İslam tamamilə aradan gedərdi. 16.06.1993
6. İmam Huseyn (ə)-ın Kərbəladakı işi, pak cəddi Muhəmməd (s)-in besət zamanında gördüyü işlə çox oxşarlığı var. Peyğəmbər o zaman tək başına bir dünya ilə qarşı-qarşıya olduğu kimi, İmam Huseyn (ə0 da Kərbəlada bir dünya ilə üz-üzə gəldi. 1996/12/14
7.Imam Huseyn (ə)-ı, tək aşura günü olan müharibə ilə tanımamalıyıq. O, İmam Huseyn (ə)-ın cihadının bir hissəsidir. Onun bəyanı, onun əmr be mərufu, onun nəhy əz münkəri, həmin hadisədə alimlərə və elitaya müraciətini, sonra isə kərbəlaya gedən yolunu, həm kərbəladakı və Kərbəla meydanındakı rolunu tanımaq lazımdır. 2009/7/27
8. Aşuranın mesajları və dərsləri vardır. Aşura, dinin qorunması üçün fədakarlıq dərsi verir. Quran yolunda hər şeydən keçmək lazım olduğu dərsini verir. Aşura dərsi, fədakarlıq, dindarlıq, şücaət, Allahın hədəflərinin qiyamı, məhəbbət və eşq dərsidir. 1992/7/13
9. Aşura dərslərindən biri də, siz əziz xalqın zəmanin Huseyninin arxasında etdiyiniz bu böyük inqilabdır. Bunun özü, aşura dərslərindəndir. 1998/5/8
10. İmam Xomeyni (ra) aşuranı "qanın qılınca qələbə çaldığı gün" kimi tanıtdırdı və bu məntiq və təhlillər qanı qılınca qalib etdi. Bu, sizin gördüyünüş İmam Huseyn (ə)-ın əzasının bərəkətlərindəndir. 7.5.1994