keçmiş hicab məhbusu, ilahiyyatçı Hacı Azər Cəbiyev bu özbaşnalıqları sərt tənqid edib.
Arannews- Gəncə olayları ilə bağlı münasibət bildirən keçmiş hicab məhbusu, ilahiyyatçı Hacı Azər Cəbiyev bu özbaşnalıqları sərt tənqid edib:
" Bu gün şəhərdə baş verənlər bizi çox narahat edib. Elmar Vəliyevin və polis özbaşınalıqları, əsassız məscid və azan qadağaları bizləri hiddətləndirir. Axı İmam Hüseynin (ə) əzadarlarına belə amansız hərəkət eləmək olar?! Onsuzda Hüseynçilərə dünyada olan bu qədər təzyiqlər heç bir təsir qoya bilmiyib, sizlərdə heç nə edə bilmiyəcəksiniz. Allah Təaladan İslama düşmən olan hər kəsə lənət, İslamı müdafiə edənlərin əməllərinə isə "Allah qəbul eləsin!" deyirik ."
Əzadarlara qarşı təzyiq edənlərin özlərinə nifrət qazandıqlarını bildirən gəncəli ruhani deyib: "Hakimiyyətin bu cür qanunsuz qadağaları mənasız qadağalardır. Hər yerdə olduğu kimi Gəncədə də bu əzadarlıqlar olur və olacaq. İmam Hüseyn (ə) əzadarlarına qarşı təzyiqrlər nifrət qazandıran qadağadır. Odurki, bunu edənlər zalım kimi tanınacaqlar"