Arannews- Bakıda silahlı insident olub .
hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb .
Bakıda polis əməkdaşının güllələnməsinin bəzi detalları məlum olub .
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ. Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib .
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni tərədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi “Naqan” tipli tapança götürülüb .
Faktla bağlı Xətai Rayon Prokurorlu tərəfindən cinayət işi başlanıb, istintaq gedir .