Tarix : 2015 Oct 26
Kod 46698

ATƏT-in Minsk qrupu həmsədrlərinin bu gün regiona səfəri başlayır

Minsk qrupunun həmsədrləri bu gün Ermənistana səfər edəcəklər.

Arannews- ATƏT-in Minsk qrupu həmsədrlərinin bu gün regiona səfəri başlayır .

həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) bu gün Ermənistana səfər edəcəklər .

Görüş zamanı onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüş keçirməyi planlaşdırırlar. Daha sonra həmsədrlər Dağlıq Qarabağa səfər edəcəklər .

Vasitəçilər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər .

Ehtimal olunur ki, onlar Dağlıq Qarabağ cəbhəsində monitorinqdən sonra təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan qarşı tərəfinə keçəcəklər.

  • Yazılıb
  • da (də) 2015 Oct 26
  • Göndərən مدير سايت Aran News
Açar sözlər