Arannews- ATƏT-in Minsk qrupu həmsədrlərinin bu gün regiona səfəri başlayır .
həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) bu gün Ermənistana səfər edəcəklər .
Görüş zamanı onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüş keçirməyi planlaşdırırlar. Daha sonra həmsədrlər Dağlıq Qarabağa səfər edəcəklər .
Vasitəçilər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər .
Ehtimal olunur ki, onlar Dağlıq Qarabağ cəbhəsində monitorinqdən sonra təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan qarşı tərəfinə keçəcəklər.