Tarix : 2015 Oct 26
Kod 46699

Şeyx Nimrin edam hökmü təsdiqini tapdı

Səudiyyə Ərəbistanının ali və apelasiya məhkəməsi, Şeyx Nimrin edam hökmünü təsdiqlədilər.

AranNews- Redaksiyamızın "Shianews"-ə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Ali Məhkəməsi və daha sonra bu ölkənin Apelasiya Məhkəməsi, Şeyx Nimrin edam hökmünü təsdiqləyiblər. Bu barədə Şeyx Nimrin qardaşı Məhəmmədbaqir Nimr, öz twiter səhifəsində yazır: "Şeyx Nimrin edam hökmünü ali məhkəmə və apelasiya məhkəməsi təsdiqlədi və hökmün icrasının imzalanmaq üçün Daxili İşlər Nazirliyinə və krala göndərilmişdir".

Bəzi medialar sözü gedən edam hökmün vəliəhd Məhəmməd ibn Naif tərəfindən imzalanması barədə bir-birinə zidd xəbərlər verirlər.

Qeyd edək ki, Ərəbistanın cinayət məhkəməsi bir il öncə Şeyx Nimrə qarşı ölkənin təhlükəsizliyini pozmaq ittihamı irəli sürülmüşdü və ona qarşı ibtidai edam hökmü çıxarılmışdı. 2011-ci ildə şiələr bu ədalətsiz hökmə qarşı etirazları başlandı. 

  • Yazılıb
  • da (də) 2015 Oct 26
  • Göndərən مدير سايت Aran News
Açar sözlər