Müqtəda Sədr Misir hökumətini tənqid edərkən Misirdən Aşura günü "Ras əl-Hüseyn" məscidini bağlamaq əvəzinə, sionist rejimin Qahirədəki səfirliyini bağlamasını istəyib.
Arannews- İraq Sədr Hərəkatı lideri Müqtəda Sədr Misir hökumətini tənqid edərkən Misirdən Aşura günü "Ras əl-Hüseyn" məscidini bağlamaq əvəzinə, sionist rejimin Qahirədəki səfirliyini bağlamasını istəyib.
Müqtəda Sədr verdiyi açıqlamada, Aşura günündə Misirdə"Ras əl-Hüseyn" məscidinin bağlanmasını dini mərasimlərin keçirilməsinə maneə yaratma və böyük bir zülm kimi qiymətləndirib.
Misir hökuməti Aşura ərəfəsində İmam Hüseyn (ə)-ın mübarək başının nümayiş etdirildiyi məscidi üç günlük bağlama qərarı verib və Aşura mərasiminin bu məsciddə keçirilməsinə mane olub .