Gürcüstanın Baş naziri Tiflisin heç vaxt işğal altındakı ərazilərindən əl çəkməyəcəyini bildirib.
Arannews- Gürcüstan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq .
bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında söyləyib .
Onun sözlərinə görə, Gürcüstan ərazi bütövlüyünü qorumaq üçün ağıllı və praqmatik siyasət həyata keçirməlidir. Qaribaşvili Tiflisin heç vaxt işğal altındakı ərazilərindən əl çəkməyəcəyini bildirib .
Qeyd edək ki, 2008-ci il savaşından sonra Cənubi Osetiya Gürcüstandan ayrılıb. Hazırda həm Cənubi Osetiya, həm Abxaziya rejimlərinin müstəqilliyi Rusiya tərəfindən tanınıb. Moskva hər iki rejimlə müttəfiqlik haqqında müqavilə imzalayıb .